Stanza Living – Hindistanda tələbələr üçün yataqxananın kommersiya versiyasıdır.
“Bizplus.az” bildirir ki,Startup müəyyən bir otağı kirayəyə götürür, orada mebel yerləşdirir və tələbələri dəvət edir. Bir otaqda bir nəfərdən üç nəfərə qədər tələbə qala bilər. Çarpayılardan başqa, otaqlarda stollar da yerləşdirilir. Qida və istirahət üçün lazım olan hər bir şey isə ümumi zalda yerləşdirilir.
Stanza öz üzərinə gündəlik təmizləmə, kiçik təmir və gündə 4 dəfə yemək öhdəliklərini götürür. Nəzəri olaraq, tələbələr ev təsərrüfatı işlərinə vaxt ayırmamalı və yalnız dərsləri ilə məşğul olmalıdırlar.
Digər hotellərdən fərqli olaraq, startup bəyan edir ki, burada yalnız tələbələr yaşayır. Yataqxanaların bir hissəsi oğlanlar, digər hissəsi isə qızlar üçün nəzərdə tutulub.
Kirayənin qiyməti yataqxananın yerləşdiyi yerdən və əlavə funksiyalardan asılı olaraq dəyişə bilər. Ümumi olaraq isə qiymət 7-25 min rupiya arasında dəyişir.
Yeni startup 2017-ci ildə işə düşməsinə baxmayaraq, 2018-ci ildə artıq 730 milyon rupiya sərmayə cəlb edə bilmişdir.