Yeni “Sony” televizorlarının qiyməti məlum olub

Date:

Paylaş:

“Sony Electronics” korporasiyası 2019-cu il “ağıllı” televizor modelləri sırasının qiymətini və satışa başlanma müddətini açıqlayıb.

İyunda satışa çıxarılacaq qabaqcıl “Master Series Z9G 8K HDR TV” televizor ailəsinə 85 və 98 düym diaqonallı iki model daxildir. Qiyməti müvafiq olaraq 13 və 70 min dollar təşkil edəcək televizorlar 7680 × 4320 piksel təsvir ölçüsünə malikdir, eləcə də təsvir keyfiyyətinin yaxşılaşdırılması üçün bir sıra texnologiyaları, “Wi-Fi 802.11ас” simsiz rabitəsini və s. dəstəkləyir.

Bundan başqa, may-iyunda 3840 × 2160 piksel təsvir ölçülü 55, 65 və 77 düym diaqonallı “Master Series A9G 4K OLED TV” modelləri satışa çıxarılacaq. Qiyməti müvafiq olaraq 3500, 4500 və 8 min dollara bərabər olacaq qurğular üzvi işıq diodlar (OLED) texnologiyası əsasında hazırlanıb.

Bildirilir ki, mayda satışlarına başlanacaq 55 və 65 düym diaqonallı “Sony A8G 4K OLED TV” televizorları 2500 və 3500 dollara təklif olunacaq.

“Sony X950G 4K HDR TV” ailəsinə 55, 65, 75 və 85 düym ölçülü dörd “LCD” model daxil olacaq. Onların qiyməti 1400 və 5 min dollar arasında dəyişəcək. Bundan əlavə, alıcılara 3500 dollarlıq 85 düym diaqonallı “Sony X850G 4K HDR TV” modeli təklif ediləcək.

Həmçinin, Yaponiya istehsalçısı tezliklə 43-75 düym diaqonallı “Sony X800G 4K HDR TV” televizorlarının satışına başlamağı planlaşdırır. Onların qiyməti modifikasiyadan asılı olaraq 650 dollar və 2 min dollar arasında dəyişəcək.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...