Range Rover’dan bu il maraqlı bir addım gəldi və “SUV Convertible” yəni üstü açıq cip istehsal etdilər. Avtomobilin əsas xüsusiyyətlərindən bir az bəhs edəsi olsaq, əvvəl ən fərqli qisimi olan açılıb-bağlanan tavanından başlayaq.
2017 Evoquenin tavanı 18 saniyədə açılır və 21 saniyədə bağlanır. Saatda 45 km sürətə qədər bu dəyərlər dəyişmir. İdeal bir açılma bağlanma müddəti olmasa da normal qəbul edilə bilər.
Evoque 2017 240 at gücünə malikdir. 2032 kilogramlık bu avtomobil saatda 100 km sürəti 7.4 saniyədə yığa bilir. Avtomobil iki qapılıdır. 100 km məsafəyə 11.2 litr benzin işlədir.