Əsas səhifə Biznes sahələri Texnologiya Yeni OnePlus smartfonunun dizayn fotosu təqdim olundu

Yeni OnePlus smartfonunun dizayn fotosu təqdim olundu

45

Evleaks ləqəbi ilə tanınan məşhur insayder Evan Blass öz Twitter hesabında yeni OnePlus smartfon modelinin dizayn fotosunu təqdim edib. Təqdim edilmiş fotoda əks olunmuş smartfonun dizaynı əvvəlki OnePlus modellərinin dizaynlarından fərqlənir. Güman edilir ki, bu, OnePlus 7T smartfon modelinin dizayn fotosudur. Bu barədə Androidcentral saytı xəbər verib.

Təqdim olunmuş fotodan da görmək olar ki, şirkətin yeni smartfon modelinin arxa panelində kameralar üçün nəzərdə tutulmuş dairəvi sahə və həmin dairəvi sahənin alt hissəsində şirkətin loqosu yerləşdirilib. Qeyd etmək lazımdır ki, hələ keçən ilin sonunda internetə OnePlus şirkətinin ofisinin fotosu yayılmışdı. Həmin yayılmış fotoda isə məhz bu cür dizayna sahib smartfon əks olunmuşdu.

Lakin həmin vaxtda güman edilirdi ki, bu, OnePlus 7 modeli olacaq. Nəticədə smartfon tamamilə fərqli dizaynda satışa çıxdı. Heç istisna deyil ki, şirkət keçən ildən bəri bir neçə yeni smartfon modeli üzərində çalışır. Məlumata əsasən şirkət öz yeni smartfon modelini 26 sentyabr tarixində Hindistanda təqdim edəcək. 10 oktyabr tarixində isə o, ABŞ ilə Avropa bazarlarında satışa çıxacaq. Bununla yanaşı qeyd etmək laızmdır ki, şirkət artıq təsdiqləyib ki, 26 sentyabr tarixində öz ilk televizorunu təqdim edəcək.

Rəy bildir

Please enter your comment!
Please enter your name here