Yeni Mercedes-Benz GLS modelinin şəkilləri meydana çıxıb

Date:

Paylaş:

Bu günlərdə Mercedes-Benz şirkəti rəsmi olaraq yeni nəsil GLS krossoverini təqdim etməlidir. Artıq yeni krossoverin yüngül kamuflyajlı şəkillərini və onun haqqında müəyyən məlumatı dərc etmişik. Keçən həftənin son günü isə, yeni krossoverin rəsmi şəkilləri Facebook sosial şəbəkəsində Carpix tərəfindən dərc edilib.

Yeni GLS modelinin mühərrik çeşidinə stratyor-generatoru olan 3,0-litrlik sıralı altı silindrli mühərriklərin daxil olacağını ehtimal etmək olar. Bu aqreqatların güc diapazonu 340-460 at qüvvəsi arasında olmalıdır. Bundan başqa, mühərrik çeşirində 630 at qüvvəsi hasil edən 4,0-litrlik V8 mühərrikinin də daxil ediləcəyi şübhəsizdir. Bu mühərrik “bərkgedən” Mercedes-AMG GLS 63 4Matic modifikasiyasının kapotunun altında quraşdırılacaqdır.

Əlbəttə ki, müasir cərəyanlara uyğun olaraq, hibrid modifikasiyaların təklif ediləcəyi də gözləmək gərəkdir. Şayiələrə görə, Mercedes-Benz GLS 560 S versiyası 370 at qüvvəli 3,0-litrlik turbomühərrik və onunla tandemdə çalışan 120 at qüvvəsi və 440 Nm fırlanma anı hasil edən elektromotor ilə təchiz ediləcəkdir. Bundan başqa, “bərkgedən” Mercedes-AMG GLS 73 4Matic modifikasiyasının və 2,0-litrlik dörd silindrli turbomühərrikin bazasında yaradılmış hibrid aqreqatına məxsus olan əlçatan variantın da təklif ediləcəyi istisna olunmur. Sonuncu modifikasiya yalnız Çin bazarında satılacaqdır.

Krossoverin təchizatına pnevmatik asqı və 12,3-düymlük displeyi olan MBUX multimedia sistemi mütləq daxil olacaqdır. Bundan başqa, çoxdan gözlənilən dəbdəbəli Mercedes-Maybach GLS krossoveri də təklif ediləcəkdir. Dəbdəbəli versiyanı “balına bığları” adlandırılmış radiator barmaqlığı, daha dəbdəbəli eksteryer və interyer tərtibatı sayəsində ayırd etmək mümkün olacaqdır.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...