Yeni marketinq fikirləri tapmaq üçün ipucları

0
1758

Məhsul və xidmətlərinizin satışını artırmaq və ya şirkətinizin marketinq strategiyasını inkişaf etdirmək üçün ehtiyac duyduğunuz fikirləri haradan tapa bilərsiniz? Bu suallara cavabınız yoxdursa, sizə bəzi ipuçları verə bilərik.

Bu yazı marketinq və satış proseslərini inkişaf etdirmək istəyən oxucularımız üçün yazılıb. Beynəlxalq firmaların marketinq strategiyalarını inkişaf etdirmək üçün istifadə etdikləri bəzi ipuçlarını sizlərlə paylaşacağıq.

Marketinq ideyası məhsullarınızın satışını artırmaq üçün rəqabətdə sizə üstünlük qazandıracaq baxış bucağı nəzərdə tutulur. Marketinqin məqsədi bu baxış bucaqlarını tapmaq və strategiyaya çevirə bilməkdir. Ancaq heç bir marketinq ideyası ofislərdə meydana gəlmir.

Güclü marketinq fikirləri ancaq və ancaq əraziyə baxış zamanı meydana gəlir. Müştəri və rəqiblərinə uzaq şirkətlər marketinq ideyalarını inkişaf etdirə bilmirlər. Bazardakı hər detala (bazar dinamikası, dəyişikliklər) hakim firmalar yeni və rəqabətcil baxış bucaqlarına sahib ola bilirlər.

Ərazi, bazar məlumatları, analiz çox önəmlidir. Amma tək üsul da bu deyil. Bəzi əlavə üsullardan da istifadə oluna bilər. 

Bu üsullar aşağıdakılardır:

– Trendləri izləmək

– Dünya və ölkə bazarındakı aparıcı şirkətləri müəyyənləşdirmək

– Müştəri təmas nöqtələri

– Müştərilərin təmin edilməmiş ehtiyacları

– Seqmentasiya

– Rəqiblərin zəif nöqtələri

– Fürsətlər

Trendlər

İnsan və cəmiyyətin həyatına uzunmüddət üçün təsir edəcək dəyişikliklər, meyllər trendləri formalaşdırır. Bu trendlərin izlənilməsi, ayırd edilməsi ilə yeni məhsul və xidmət fikirləri yaratmaq olar.

Örnək şirkətlər

Hər şirkət onunla eyni və ya bənzər iş görən fərqli bir sektor və ya ölkədəki fərqli bir şirkəti seçərək nümunə ala bilər. Bu marketinq problemlərinə həll yolu tapmaq üçün ən təsirli yollardan biridir. Bu sizə şirkətin nə etdiyini və necə etdiyini aydınlaşdırmağa, önəmli fikirlər, anlalayışlar qazandıracaq.

Müştəri təmas nöqtələri

Məhsul və xidmətlərin müştərilər ilə qurduğu təmas yeri və anı müştəri təcrübələrinin təhlili üçün laboratoriya rolunu oynayır. Təmas nöqtələrinin müəyyən edilməsi, bu nöqtələrdəki müştəri təcrübələrinin təhlil edilməsi, müştəri davranışları üzərindəki təsirinin araşdırılması ilə yeni fikirlərə sahib olacaqsınız.

Müştərinin təmin edilməmiş ehtiyacları

Müştərilərin əksəriyyəti tərəfindən hissedilən və vacib bilinən ödənilməmiş ehtiyac marketinqdə sıçrayış üçün əla fürsət ola bilər. Marketinqin rəqabət dövründə bütün önəmli markaların əsas qaynağının qarşılanmamış ehtiyaclar olduğunu desək yanılmarıq bəlkə də. Nümunə kimi 1996-cı ildə “Toyota”nın Türkiyədə bazar payını sürətlə artırmasını göstərmək olar. “Toyota” bazarda müştərin ödənilməmiş ehtiyacını araşdırmışdı. Bu avtomobil sahiblərinin mövcud markaların servislərində yaşadıqları problemlərin müəyyənləşdirilməsi olmuşdur.

Seqmentasiya

Xüsusilə, rəqabətin güclü olduğu və çox sayda firmanın fəaliyyət göstərdiyi sektorlarda yeni baxış bucağı ilə edilən seqmentasiya fərqli ola bilər. İnkişaf etməkdə olan və yeni yaranan bazar seqmentinə çatmaq bu sayədə mümkün olacaq.

Rəqiblərin zəif nöqtələri

Ofislərin mənzərəsində çox güclü görünən rəqiblərin, ərazidə çox sayda zəif nöqtələri ortaya çıxa bilər. Məhsulun qablaşdırmasında, istifadə anında, tədarükündə, satış sonrası xidmətlərində zəiflik ola bilər. Bazar payı yüksək bir firma zamanında tədarük və çatdırılma problemləri yaşaya bilər.

Fürsətlər

Bəzən şirkətin nəzarəti xaricində bəzi sektor çalışmaları (mükafat, müsabiqələr və s.) marketinq üçün yaxşı fürsətlər yarada bilər. OPET-in müştəri məmnuniyyətində illərdir birinci olması, “Ford”un “Ecoboost”u ilin mühərriki mükafatını iki il dalbadal alması markalar haqqında düşüncələri pozitiv yönümdə dəyişdirmişdi. Üstəgəl, markalar bu uğurlarını vaxtında fürsətə çevirməyi bacarıblar.

Bu 7 ipuçları ilə rəqiblərinizin qarşısında üstünlük qazana biləcək fikirləri tapa bilərsiniz. Ancaq bu üsullardan istifadə qədər, əldə edilən nəticələri də dəyərləndirmək önəmlidir. Gələn nəticələr əsasında önəmlini önəmsizdən ayırd etmək, faydalı olanını seçmək üçün bazar hissiyatına sahib olmaq, yaradcı düşünmək lazımdır. Rutindən ayrılmaq, yeni baxış bucaqlarını inkişaf etdirmək üçün yaradıcı düşünmək şərtdir.

Mənbə: Facemark.az