Appleşirkəti rəsmi olaraq elan etdi ki, bu ilki Mac Pro kompüterlərini ABŞ-ın Texas ştatında istehsal edəcək. Ostin şəhərindəki həmin zavod daha öncədən 2013-cü il Mac Pro kompüterlərini istehsal edib. Bu barədə Digger.ru saytı xəbər verib. İlk öncə şirkət yeni Mac Pro modellərini Çində istehsal etməyi planlaşdırırdı. Apple şirkəti öz məlumatında qeyd edib ki, yeni Mac Pro-nun daxilində olan komponentlər ABŞ şirkətləri tərəfindən konstruksiya edilib və hazırlanıb.
Həmin komponentlər ABŞ-ın daxili bazarı üçün nəzərdə tutulub. Şirkət həmçinin qeyd edib ki, bəzi detalların importuna təyin edilmiş əlavə tariflərin aradan qaldırılması sayəsində ABŞ-da Mac Pro-ların istehsalı mümkün olub. Şirkət həmçinin əlavə edib ki, yeni Mac Pro-nun istehsalında istifadə ediləcək daxili komponentlərin qiymətləri əvvəlki Mac Pro-ların istehsalında istifadə edilmiş komponentlərin qiymətlərindən 2.5 dəfə bahadır. Lakin aydın olmayan məsələ ondan ibarətdir ki, Assembled in USA yazısına sahib olacaq Mac Pro modelləri digər ölkələrdə satlacaq yoxsa yox?