Əsas səhifə Biznes sahələri Texnologiya Yeni iPhone modelləri ikitərəfli naqilsiz şarj texnologiyasını əldə edə bilərlər

Yeni iPhone modelləri ikitərəfli naqilsiz şarj texnologiyasını əldə edə bilərlər

228
Paylaş

   Apple şirkətinin məhsulları barəsində dəqiq proqnozları ilə məşhurlaşmış analıitik Ming-Chi Kuo-nun fikrincə bu il təqdim olunacaq hər 3 iPhone modeli daha yüksək həcmli batareyalar əldə edəcək və ikitərəfli naqilsiz şarj texnologiyasını dəstəkləyəcək. Bu barədə Macdigger saytı xəbər verib. Kuo-nun fikrincə Apple şirkəti 5.8, 6.1 və 6.5 düym ekranlara sahib yeni iPhone-lara ikitərəfli naqilsiz şarj texnologiyasını məhz bu il inteqrasiya edəcək.

    İlk növbədə bu, şirkətin əməkdaşlıq etdiyi digər şirkətlərə müsbət təsir göstərəcək. İkitərəfli naqilsiz şarj texnologiyasının dəstəyi o deməkdir ki, istifadəçi özünün Qi standartlı digər cihazını sadəcə olaraq iPhone-nun arxa panelinin üzərinə qoymaqla həmin cihazı şarj edə biləcək. Məsələn istifadəçilər özlərinin Apple AirPods 2naqilsiz qulaqlıqlarını və ya digər cihazlarını iPhone vasitəsilə şarj edə biləcəklər.

    Kuo-nun sözlərinə əsasən iPhone-nun enerji mənbəsi qismində çıxış edəcəyi halda smartfondakı batareya ömrününü qısamüddətli olmaması üçün şirkət yeni iPhone modellərində batareya həcmlərini yüksəldəcək. Analitikin proqnozlarına əsasən 5.8 düym ekrana sahib olacaq iPhone-nun batareya həcmi 20-25%, 6.5 düym ekrana sahib olacaq iPhone-nun batareya həcmi 10-15%, 6.1 düym ekrana sahib olacaq iPhone-nun batareya həcmi isə 5% yüksələcək.

    Qeyd etmək lazımdır ki, hal hazırda satışda olan iPhone XS modeli 2658 mAh enerji tutumlu batareya, iPhone XS Max modeli 3175 mAh enerji tutumlu batareya, iPhone XR modeli isə 2942 mAh enerji tutumlu batareya ilə təchiz olunur. Onu da qeyd etmək lazımdır ki, ikitərəfli naqilsiz şarj texnologiyası artıq Galaxy S10Huawei Mate 20 Pro və digər Android əməliyyat sistemli flaqman smartfonlara inteqrasiya edilib.