Yeni iPhone 12 modelində World Facting adlı 3D-kamera olacaq. Bu barədə Çinin Mydrivers nəşri xəbər verir.
Nəşrin məlumatına görə ən azı bir iPhone 12 modeli tam yeni 3D-kamerası ilə təchiz olunacaq. Bu, istifadəçilərə yeni imkanlar təklif edəcək.
Yeni modelin 3D-kamera dəstinin əsas hissələrinin təchizatçısı Lumentum şirkəti olacaq. Apple şirkətinin mühəndisləri artıq iki ildən çoxdur ki, sözügedən World Facting 3D-kamerası üzərində işləyirlər. iPhone 12-də şaquli şüalı VCSEL lazeri olacaq. Bu da ön planı fondan ayırmağa və ən yaxşı keyfiyyətli portret şəkilləri çəkməyə imkan verir.