Amerikanın Apple şirkəti, yeni iPhone 11 smartfonun korpusunun “mat” olacağını açıqlayıb.
Əvvəlki versiyaların parlaq korpus örtüyünə malik olmalarına baxmayaraq, yeni versiya daha praktik və istifadə üçün əlverişli olacaq. Qeyd edək ki, smartfonun toxunma keyfiyyətləri də dəyişəcək. Şüşə material olaraq istifadə ediləcək, lakin fərqli bir səthlə.
Bu qərar, yeni iPhone 11 smartfonunun daha az çirklənməsi və cari cihazdan fərqli olaraq heç bir iz qoymayacağı ilə bağlıdır. İstifadəçilər, dizaynerlərin bu qərarını olduqca yüksək qiymətləndiriblər.