Yeni ilin yanvar ayı üzrə “İxrac İcmalı” təqdim olunub

Date:

Paylaş:

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2020-ci ilin yanvar sayı təqdim olunub.

İcmalın bu sayında  göstərilir ki, 2019-cu ilin yanvar-dekabr ayları ərzində qeyri-neft sektoru üzrə ixrac 1 milyard 954 milyon ABŞ dolları təşkil edib. 2018-ci illə müqayisədə 2019-cu ildə qeyri-neft sektoru üzrə ixrac 265 milyon ABŞ dolları və ya 15,7 faiz  artıb.

Ötən il ərzində Rusiyaya 690,6 milyon, Türkiyəyə 401,8 milyon, İsveçrəyə 179 milyon, Gürcüstana 159,1  milyon və Ukraynaya 50,6 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub. 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 2019-cu ildə Rusiyaya qeyri-neft ixracı 11,5 faiz, Türkiyəyə 16,5 faiz,  İsveçrəyə 32,2 faiz, Gürcüstana 27,8 faiz və Ukraynaya 24,6 faiz artıb.

2019-cu il ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısına isə pomidor (189,3 milyon ABŞ dolları) liderlik edib. Bu siyahıda qızıl (sikkə kəsilməsində istifadə olunmayan, digər emal olunmamış formalarda – 172,4 milyon ABŞ dolları) ikinci və qabığı təmizlənmiş meşə fındığı (124,2 milyon ABŞ dolları) üçüncü olub.

Ümumiyyətlə, 2019-cu ildə meyvə-tərəvəz ixracı 605,8 milyon, plastmassa və onlardan hazırlanan məmulatların ixracı 179,4 milyon, alüminium və ondan hazırlanan məmulatların ixracı 128 milyon, pambıq lifi ixracı 124 milyon,  kimya sənayesi məhsullarının ixracı 102,9 milyon, elektrik enerjisinin ixracı 76,8 milyon, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 57,6 milyon, pambıq ipliyi ixracı 30,2 milyon, şəkər ixracı  26,9 milyon,  alkoqollu və alkoqolsuz içkilərin ixracı 23,7 milyon ABŞ dolları təşkil edib.

2018-ci illə müqayisədə 2019-cu ildə pambıq lifinin ixracı 54 faiz, plastmassa və onlardan hazırlanan məmulatların ixracı 51faiz, alkoqollu və alkoqolsuz içkilərin ixracı 46 faiz, kimya sənayesi məhsullarının ixracı 32 faiz, pambıq ipliyinin ixracı 27 faiz, elektrik enerjisi ixracı 17 faiz, alüminium və ondan hazırlanan məmulatların ixracı 14 faiz, şəkər ixracı 8 faiz, meyvə-tərəvəzin ixracı 8 faiz  artıb.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...