Əsas səhifə Xəbərlər Yerli biznes xəbərləri Yeni ideyaları olan gənclər və startaplar üçün təlim keçiriləcək

Yeni ideyaları olan gənclər və startaplar üçün təlim keçiriləcək

68
Paylaş
KOBİA

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) startaplar və sahibkarlar üçün oktyabrın 1-də “İnnovativ layihələrin ilkin hazırlıq və yaradılması prosesində məsləhət” mövzusunda təlim keçirəcək.

Məqsəd yeni ideyaları olan gəncləri, startapları, eləcə də yeni məhsullar və xidmətlər yaratmaq istəyən sahibkarları bu istiqamətdə məlumatlandırmaq, onlara məsləhət və informasiya dəstəyi göstərməkdir.

Təlimdə iştirak etmək istəyən startaplardan və sahibkarlardan müvafiq məlumatları (ad, soyad, təmsil etdiyi müəssisə, vəzifəsi, əlaqə telefonu, e-mail ünvanı) agentliyin [email protected] e-mail ünvanına “Mövzu” yerinə təlimin adını qeyd etməklə göndərmələri xahiş olunur.