Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə növbəti depozit hərracı elan edilib.
“Marja” xəbər ki, hərrac ilə 350 milyon manat cəlb edilməsi nəzərdə tutulur. Hərrac 04 Fevral 2019-cu il tarixində keçiriləcəkdir.
Müddət 14 gün, faiz dərəcəsi 7,26% – 9,24% aralığında müəyyən olunub. Qeyd edək ki, bundan əvvəl faiz dərəcəsi 7,76% – 9,74% aralığında müəyyən olunurdu.
Xəbər verdiyimiz kimi, 01 Fevral 2019-cu il tarixində Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti uçot dərəcəsinin 0,5 bənd endirilməsi haqında qərar qəbul etmişdir. Beləliklə, uçot dərəcəsi 9.75%-dən 9,25%-ə düşüb. Qərara əsasən, uçot dərəcəsi 9.75% səviyyəsindən 9.25%-ə, faiz dəhlizinin yuxarı həddi 11,75%-dən 11.25%-ə, aşağı həddi isə 7.75%-dən 7.25% səviyyəsinə endirilib.