Bu ilin ilk yarısında dünyada yeni enerji mənbələri ilə işləyən avtomobillərin satışları 1,12 milyona çatıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 47,4% çoxdur.
Yeni enerji mənbələri ilə işləyən avtomobillərin qlobal avtomobil satışlarında payı 2,4% təşkil edir ki, bu da illik müqayisədə 0,8% çoxdur.
Analitiklərin fikrincə, ənənəvi avtomobillərin satışının azalması fonunda yeni enerji mənbələri ilə işləyən nəqliyyat növünün daha da artacaq.
Yeni enerji mənbələri ilə işləyən avtomobillərin satışı üzrə şirkətlərin reytinqi:
# | Avtomobil istehsalçısı | 2019-cu ilin ilk yarısında satış həcmi |
1 | Tesla | 160 000 |
2 | BYD | 141 500 |
3 | BJEV | 68 900 |
4 | SAIC | 65 450 |
5 | BMW | 56 500 |
6 | Nissan | 47 500 |
7 | Geely | 47 200 |
8 | Volkswagen | 39 600 |
9 | Hyundai | 34 500 |
10 | JAC | 32 000 |