Yeni bal brendi yaradılır

Date:

Paylaş:

Azərbaycanda yeni bal brendi yaradılır.
Bunu Azərbaycan Arıçılar Assosiasiyasının sədri Bədrəddin Həsrətov bildirib. Onun sözlərinə görə, bu bal ilə artıq xaricdə maraqlanırlar:
“Bildiniz kimi, Azərbaycanda bir sıra bal sortları var. Ancaq hazırda ölkədə yeni bal brendi yaranır, adı isə “9 iqlim”dir. Həmin balın tərkibi 9 regiondan əldə edilən və 9 müxtəlif sortda olan balların birləşməsi olacaq. Yeni brendlə artıq Almaniya maraqlanır və bununla bağlı iki dəfə görüş keçirilib”.
B.Həsrətov Aran rayonlarında bal istehsalının getdikcə artdığını da deyib:
“Əvvəllər demək olar, çox insan bilmirdi ki, Aran rayonlarında, hətta Yevlax və Kürdəmirdə arıçılıq ilə məşğul olmaq olar. Son illər həmin ərazilərdə arıçılq böyük sürətlə inkişaf edir. Bir faktı da deyim ki, Yaponiya yalnız Aran rayonlarından əldə olunmuş bal alır”.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...