Yeni Azərbaycan milyarderi: Zaur Mişiyev kimdir?

Date:

Paylaş:

Moskvada ev üçün mallar satışı üzrə ixtisaslaşmış məşhur “Mosxoztorq” mağazalar şəbəkəsinin nəzarət səhm paketi Azərbaycan vətəndaşı Zaur Mişiyevin “Falcon Home Distribution” şirkətinə keçib.

Rusiyanın hüquqi şəxslərin qeydiyyatı Reyestrinin məlumatlarına əsasən 2019-cu il iyunun 17-dən etibarən mağazalar şəbəkəsini idarə edən əməliyyat şirkəti “MXT” MMC-nin səhmlərinin 50.5 faizi Bolqarıstanın paytaxtı Sofiyada qeydiyyatdan keçmiş “Falcon Home Distribution” şirkətinin mülkiyyətindədir. Həmin şirkətin sahibi isə Azərbaycan vətəndaşı Zaur Mişiyevdir.

Daha əvvəl isə həmin səhm paketi Veronika Kuryanovanın mülkiyyətində olub. “MXT” MMC şirkətinin qalan səhmləri İlya Polyaçkov (39.5 faiz) və İlya Traber (10 faiz) arasında bölünüb.

Zaur Mişiyevin Bolqarıstanda qeydiyyatdan keçmiş şirkəti döşək ağlarının, tekstilin, mebel və ərzaq mallarının satışı ilə məşğul olur.

“Mosxoztorq” təsərrüfat malları mağazaları şəbəkəsi isə ev, bağ evləri, bağça və məişət üçün əşyaların satışı üzrə ixtisaslaşıb. Şirkətin saytında göstərilir ki, şəbəkəyə Moskvada 36 mağaza daxildir. “Mosxoztorq” Moskvada 2015-ci ildən fəal şəkildə inkişaf etməyə başlayıb, lakin ötən ilin dekabrında əsasən şəhərin mərkəzindəki mağazalarını bağlamağa başlayıb. Bunun səbəbi kimi icarə haqlarının yüksək olması göstərilib.

Hərçənd 2017-ci ildə “MXT” MMC-nin hasilatı 2.25 milyard rubl təşkil edib, 2016-cı ildə isə bu rəqəm 1.28 milyard rubl idi. Beləliklə, şirkətin təmiz gəliri bir ilə az qala iki dəfə artıb.

MXT” MMC
MXT” MMC

İnternet mənbələrində mağazalar şəbəkəsinin yeni sahibi Zaur Mişiyev haqda təfərrüatlı məlumata rast gəlinmir. Bir mənbədə təkcə o göstərilir ki, Mişiyev Zaur Gerşumoviç adlı sahibkar “Zinqal Riç” MMC adlı şirkətin sahibi olub, həmin şirkət 2016-cı ildə ləğv edilib.

 

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...