Əsas səhifə Biznes sahələri Texnologiya Yemək ye, hesabını gülüşlə ödə!

Yemək ye, hesabını gülüşlə ödə!

796
Paylaş

“Alibaba” şirkəti KFC şəbəkəsinin Çindəki restoranlarında maraqlı yeniliyin tətbiqinə başlayıb.

Burada sifarişi gülüşlə ödəmək mümkündür.

Sifarişi ödəmək üçün bank kartı və ya smartfona gərək yoxdur. Sadəcə, müvafiq avtomata telefon nömrəsini daxil etmək və kameranın obyektivinə gülümsəmək lazımdır. Müştərinin şəxsiyyətini tanımaq üçün avtomata cəmi bir neçə saniyə bəs edir.

Yenilikdən yalnız “AliPay” ödəniş sisteminin istifadəçiləri yararlana bilər.


©lent.az