Yekaterinburq şəhərində Azərbaycan Şərab Evi açılıb

Date:

Paylaş:

Rusiyanın Yekaterinburq şəhərində Azərbaycan Şərab Evi açılıb.

İqtisadiyyat Nazirliyindən  verilən məlumata görə, bu, Azərbaycanın xarici ölkədə açılan 3-cü şərab evidir.

Azərbaycan Şərab Evinin açılışında nazir Şahin Mustafayev, Rusiyanın sənaye və ticarət naziri Denis Manturov, Azərbaycan sahibkarları və Rusiyanın şərab satışı ilə məşğul olan şirkətlərinin təmsilçiləri və digər şəxslər iştirak ediblər.

Tədbir iştirakçıları Azərbaycan Şərab Evi ilə tanış olub, onlara Azərbaycan şərabları barədə geniş məlumat verilib. Şərab evinin daimi fəaliyyət göstərən sərgisində Azərbaycan şirkətlərinin istehsalı olan 120 çeşiddən çox üzüm və meyvə şərabları, spirtli içkilər, meyvə distillatları və s. təqdim edilir. Şərab evində nümayiş olunan Azərbaycan məhsulları böyük maraqla qarşılanır.

İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) və Azərbaycanın Rusiyadakı Ticarət Nümayəndəliyinin təşkilatçılığı ilə yaradılmış Azərbaycan Şərab Evi yerli məhsullarımızın ixracının dəstəklənməsi, “Made in Azerbaijan” brendinin təşviqi, həmçinin Azərbaycanın şərab və digər spirtli içki məhsullarının Rusiya bazarında daha çox tanıdılması və satışının təşkili sahəsində fəaliyyət göstərəcək, bu sahədə əlaqələndirməni həyata keçirəcək.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...