Artıq yay mövsümünün başlanması ilə məzuniyyətə gedənlərin sayı artır. Ona görə də indi ən aktual suallardan biri budur – yay istirahəti üçün ən ucuz ölkə hansıdır?
Bu sualı turizm şirkətlərindən birinin meneceri Nigar Qaraxanova cavablandırıb. Bildirib ki, yayda istirahət üçün ən ucuz ölkə Türkiyədir. Belə ki, Antalyadakı istirahət mərkəzləri azərbaycanlı turistlərin ən sevimli xarici turizm məkanları olmaqla yanaşı, həm də ən ucuz məkanlardan biridir.
Belə ki, Antalyada iki nəfərin 3 ulduzlu hoteldə 3 gecə 4 gün gecələməsi 436 dollardan başlayır bəzən isə bu rəqəmdən də ucuz ola bilir.. Qeyd edək ki, bu qiymətə all inclusive daxildir.
N. Qaraxanovanın sözlərinə görə, Antalyadan sonra azərbaycanlı turistlər arasında ən populyar istiqamətlərdən biri də Budapeşt və Praqadır. Bunun bir səbəbi də həmin istiqamətlərdə qiymətlər digər Avropa şəhərləri ilə müqayisədə daha ucuzdur. Turizm şirkətlərindən verilən məlumata görə, həmin şəhərlərdə 4 günlük istirahət təxminən 500- 600 avroya başa gəlir.
©Fins.az