Yaxın gələcəkdə reallaşacaq 5 qabaqcıl texnologiya

Date:

Paylaş:

Texnologiya aləmi inanılmaz yüksək sürətlə inkişaf edir. Yaxın keçmişə nəzər salsaq insanların musiqi dinləmək və kinoya baxmaq üçün evlərində tonlarla video və audio kasetlər saxladığının şahidi ola bilərik. Bugünki günümüzdə isə onları, yaddaşı on minlərlə film və milyonlarla musiqi tuta bilən smartfonlar əvəz edir. Artıq bu, insanlar üçün adi bir haldır, amma bir vaxtlar onları təsəvvür belə etmək çətin idi. Bəs yaxın gələcəkdə bizi nə gözləyir? Gəlin biraz bundan bəhs edək.

Televizor-rulon

Hələ keçən il Samsung və Lenovo şirkətləri sərgilərdə elastik ekranlı smarfonlarını təqdim etdilər, amma onlar işıq üzü görməsələr də məhşurluq qazandılar. LG  isə yeni qatlanan ekranlı televizorlar təklif etmək istəyir.

Balaca masanınn üstündə kiçik plastik qutu görünəcək. Düyməni basanda bu qutudan böyük ekran ayrılıb çıxacaq və orada televiziya verilişlərinə baxmaq mümkün olacaq. Bu texnologiyanın nə dərəcədə məhşur olacağını isə yaxın gələcəkdə biləcəyik.

Orqanların və bədən üzvlərinin 3D printerdə surətinin çıxarılması

Hələ ki bu texnologiya üzərində işlər gedir və alimlər alınan orqanların təbii orqanlar qədər mükəmməl fəaliyyət göstərməsi uğrunda çalışırlar. Alimlər bu işi başa çatdırsalar, insanların artıq növbələrdə dayanmalarına və ya orqan köçürülməsi üçün milyonlar xərcləmələrinə ehtiyac qalmayacaq.

Xilasedici böcəklər

İnsanlar belə hesab edirlər ki, böcəklər və bu kimi həşəratlar ancaq ziyan gətirir və nornal həyata mane olurlar. İnsanlar böcəklərin məhv edilməsi üçün müxtəlif üsullara əl atırlar, amma bir qrup alim onlardan fayda əldə etməyin yolunu tapıb.

Belə ki, hazır xüsusi sxem böcəyin üstünə (belinə) yerləşdirilir və bığcıqlarına ötürülən elektrik impulslar vasitəsilə böcək idarə edilir. Bu texnologiyadan tikintidə, dağıntılar zamanı insanların axtarışında istifadə etmək olar. Bundan başqa o, xüsusi xidmət orqanları üçün əlverişlidir.

İnsanlar çox yaşayacaqlar

Hal-hazırda bütün dünya üzrə insanların orta yaş həddi 71-dir. Aubrey de Grey adlı bir araşdırmaçı-alim xüsusi layihə üzərində işləyir. Bu layihə nəticəsində orqanizmdəki qeyri-fəal hüceyrələri məhv edib cavan hüceyrələrin inkişafına şərait yaratmaq mümkün olacaq. Bu layihə yaxşı işləsə gələcəkdə orta yaş həddi 100-150  olacaq.

Boya – elektrik stansiyası

Artıq heç kimi günəş batareyaları ilə təəccübləndirmək yəqin ki, mümkün deyil, onları istənilən bir keçiddən və ya AliExpres məkanlarından almaq olar. Evdə belə batareyaların yerləşdirilməsi baha başa gələ bilər, üstəgəl yaxşı da görünməyəcək.

Alimlər artıq günəş batareyalarını əvəzləyəcək bir texnologiya düşünüblər – söhbət özündə kvant nöqtələrini daşıyan xüsusi boyadan gedir. Həmin nöqtələrin köməyi ilə havadan elektrik enerjisi alır. Evi belə bir boya ilə rəngləyib, pulsuz və tam ekoloji təmiz elektik enerjisindən zövq almaq mümkün olacaq.

Suda şəhər

Tanınmış arxitektor Vincent Callebaut su məkanlarında (dəniz, okean) şəhərsalma layihəsi üzərində işləyir. Şəhərin öz stansiyası olacaq və o, şəhəri elektriklə təmin etmək üçün küləkdən, sudan və günəşdən enerji alacaq. Vincent-in sözlərinə görə, şəhərdə 50 000-ə yaxın insan məskən sala biləcək.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...