Əsas səhifə Biznes Biznes məqalələri Yaxın gələcəyin 25 ən perspektivli startapı

Yaxın gələcəyin 25 ən perspektivli startapı

293

Amerikanın Forbes jurnalı perspektivli startapların illik reytinqini təqdim edib. Yaxın zamanlarda bu şirkətlərin qiymətləndirilməsi 1 milyard dollara çata bilər.

Forbes jurnalı artıq beş ildir ki, startapların top 25-liyini dərc edir. Bu il də jurnal TrueBridge vençur firması ilə birgə potensial üstün startapların axtarışına çıxıb. TrueBridge 150-dən startapın maliyyə göstəricilərini analiz edib.

CHAINALYSIS
CHAINALYSIS

CHAINALYSIS

Yaradıcılar: Michael Gronager (baş direktor), Jonathan Levine, Ian Moller

Cəlb edilən səhmlər: 53 milyon dollar

2018-ci ilə olan gəlir: 8 milyon dollar

Aparıcı səhmdarlar: Accel, Benchmark

Nyu-York startapı Chainalysis kriptovalyutanın araşdırılması üçün proqram təminatı hazırlayır. Bu proqram təminatı insanların bitkoin, efirium, laytkoin və digər rəqəmsal pullardan necə istifadə etməsi məsələsini işıqlandırır. Maliyyə təşkilatları bu texnologiyadan müştərilərin yoxlanması və tənzimləyicilərin çirkli pulların yuyulmasına yönəlmiş tələblərinə riayət etmək üçün istifadə edirlər. Onun köməyi ilə həm də aidiyyatı orqanlar qeyri-qanuni əməliyyatları aşkarlaya və cinayətkarlar haqqında məlumatlar əldə edə bilərlər.

CONTRAST SECURITY

CONTRAST SECURITY

Yaradıcılar: Arshan Dabirsiaghy, Jeff Williams, Alan Naumann( baş direktor)

Cəlb edilən səhmlər: 122 milyon dollar

2018-ci ilə olan gəlir: 25 milyon dollar

Aparıcı səhmdarlar: Acero Capital, Battery Ventures, General Catalyst, Warburg Pincus

2014-cü ildə Aspect konsaltinq şirkətinin rəhbəri Jeff Williams şirkətin  keçmiş əməkdaşı, 36 yaşlı Arshan Dabirsiaghy ilə birlikdə Los-Altos-da ( Kaliforniya) Contrast Security şirkətinin əsasını qoydu. Onlar tərəfindən işlənmiş texnologiya işlək mobil tətbiqlərin kodunu yoxlayır və məxfilik məsələləri ilə bağlı problem olduqda təchizatçılara bildiriş göndərir. “ Əvvəllər təhlükəsizlik üzrə ekspertlər tərəfindən baxılması lazım olan məlumatlar indi artıq birbaşa təchizatçılara yönləndirilir” – deyə, Dabirsiaghy deyib. 2106-cı ildə şirkət, 41 st Parameter(internet-fırıldaqçıları aşkar edən staratap)-in keçmiş baş direktoru Alan Naumann-ı icraçı direktor vəzifəsinə götürür.

CYBEREASON
CYBEREASON

CYBEREASON

Yaradıcılar: Lior Div ( baş direktor), Yossi Naar, Yonatan  Striem-Amit

Cəlb edilən səhmlər: 189 milyon dollar

2018-ci ilə olan gəlir: 50 milyon dollar

Aparıcı səhmdarlar: CRV, Lockheed Martin, Softbank, Spark Capital

Lior Div, Yossi Naar və Yonatan Striem-Amit hərbi xidmət illərində tanış olublar. Hər üçü, bir dənə də olsun yüksək texnologiyalı startapın olmadığı 8200 nömrəli elit kəşfiyyat bölməsində qulluq keçiblər. Əsgərlikdə kibertəhlükəsizliklə məşğul olmaqla proqramistlər, daimi olaraq hədələrə cavab verən Cybereason bulud platformasını düşünüblər. Şirkət 2012-ci ildə İsraildə yaranıb, bir il sonra isə Bostona köçürülüb.

DAVE
DAVE

DAVE

Yaradıcılar: Paras Chitrakar, Jason Wilk (baş director), John Volanin

Cəlb edilən səhmlər6 13 milyon dollar

2018-ci ilə olan gəlir: 19 milyon dollar

Aparıcı səhmdarlar: Mark Cuban , Section 32

Jason Wilk tələbə olanda bank kartı tez-tez sıfır göstərirdi. 2016-cı ildə o, Dave startapını buraxır. Belə ki, bu tətbiq istifadəçilərin xərclərinə nəzarət edir və kartda balans sıfıra yaxınlaşan kimi onlara xəbərdarlıq verir. 2017-ci ildə Dave AppStore-da “ günün tətbiqi”nə çevrilmişdi. Cəmi iki il ərzində o 10 milyon yüklənmə sayı əldə etmişdi.

DIVVY
DIVVY

DIVVY

Yaradıcılar: Blake Murray (baş direktor), Alex Bin

Cəlb edilən səhmlər: 257 milyon dollar

2018-ci ilə olan gəlir: 8 milyon dollar

Aparıcı səhmdarlar: İnsight Partners, New Enterprise Associates, Pelion Venture Partners

Divvy xidməti Concur və Expensify ilə rəqabətdədir və biznesə büdcə alətlərini, fırıldaqçılığın qarşısının alınmasını və xərclərin tamamilə pulsuz idarə edilməsini təklif edir. Müştərilərdən ödəniş yığımları yerinə startap şirkətlərə Mastercard kartı təqdim edir və onlar alışa görə ödəniş edəndə banklardan komissiyanı götürür. Strartap 3000-dən çox korporativ müştəri  toplaya bilib ki, onların da arasında WordPress, Evernote və Qualtrics var.

DUOLINGO
DUOLINGO

DUOLINGO

Yaradıcılar: Luis von Ahn (baş direktor), Severin Hacker

Cəlb edilən səhmlər: 108 milyon dollar

2018-ci ilə olan gəlir: 36 milyon dollar

Aparıcı səhmdarlar: CapitalG, Kleiner Perkins, Union Square Ventures

Duolingo – dünya üzrə xarici dillərin və kraudsorsinq tərcümələrinin öyrənilməsi üçün ən tanınmış platformalardan biridir. Ondan ayda 28 milyondan çox adam istifadə edir. Əksəriyyəti ödənişsiz versiyasından istifadə edir. Lakin şirkət reklamsız versiyaya görə abonent ödəmələri hesabına 2019-cu ildə gəliri iki dəfə artıracağına ümid edir.

FAIRE
FAIRE

FAIRE

Yaradıcılar: Marcelo Cortes, Daniele Perito, Max Rods (baş direktor)

Cəlb edilən səhmlər: 116 milyon dollar

2018-ci ilə olan gəlir: 100 milyon dollar

Aparıcı səhmdarlar: Forerunner Ventures, Khosla Ventures, Lightspeed Venture partners, Y Combinator

Kiçik biznesə kömək etmək cəhdi ilə Faire risk etmək və topdan alışlardan yaxa qurtarmaq qərarına gəlir. Bu şirkət pərakəndə satıcılara internet vasitəsilə məhsul tapmaqda və alış həyata keçirməkdə kömək edir, həmçinin, 60 gün ərzində satılmayanları pulsuz götürür. Hal-hazırda Faire sayt 5000 brenddən 35 000 məhsul təklif edir.

Faire ideyası, Max Rods-un ağlına Yeni Zellandiyada çətirlər istehsal edən şirkətdə işləməyə başladığı vaxt gəlib.

FIGMA
FIGMA

FIGMA

Yaradıcılar: Dilan Fild (baş direktor), Evan Wallace

Cəlb edilən səhmlər: 83 milyon dollar

2018-ci ilə olan gəlir: 3 milyon dollar

Aparıcı səhmdarlar: Greylock, İndex Ventures, Kleiner Perkins, Sequoia

Figma bütün dizayn prosesini onlayna keçirmək istəyir. Bununla, mütəxəssislər artıq xüsusi soft yükləməli və qrafiki bir-birlərindən ayrı işləməli olmayacaqlar. Şirkət dizaynerlərə, birbaşa brauzerdə onun platformasından istifadə edərək birlikdə işləmək imkanı verir.

Dilan Fild  Figma-nı 2012-ci ildə yaradıb. 5 ildən sonra Figma öz platformasını peşəkar dizaynerlərə təqdim edib.

Qeyri-peşəkar istifadə üçün olan paket  hələ də ödənişsiz olaraq qalır. Peşəkarlar üçün olan aylıq abonent ödənişi isə. əgər dizaynla  fərdi olaraq məşğulsunuzsa 12 dollar edir. Hüquqi şəxslər üçün redaktor 45 dollara başa gəlir. Figma məhsullarından 5000-dən çox dizaynerlər komandası istifadə edir və onların arasında  Microsoft, Volvo, Uber, Square və digər şirkətlər var.

FOURKITES
FOURKITES

FOURKITES

Yaradıcılar: Arun Chandrasekaran, Matt Elenjickal ( baş direktor)

Cəlb edilən səhmlar: 101 milyon dollar

2018-ci ilə olan gəlir: 16 milyon dollar

Aparıcı səhmdarlar: August Capital, Bain Capital Ventures, Hyde Park Venture Partners

Matt  Elenjickal şəxsi biznesə 2014-cü ildə başlayıb. Onun FourKites layihəsi şirkətlərə, sifarişlərinin harda olduğunu, təyinat yerində nə vaxt olacağını və bütün çatdırılma yolu boyunca nələrin baş verdiyini bilməkdə kömək edir. Ondan hal-hazırda dünya üzrə 260-dan çox yük göndərənlər istifadə edirlər , belə ki onlar gün ərzində 500 000-dən çox yük göndərirlər. 

FRONT
FRONT

FRONT

Yaradıcılar: Mathilde Collin (baş direktor), Loran Perren

Cəlb edilən səhmlər: 79 milyon dollar

2018-ci ilə olan gəlir: 16 milyon dollar

Aparıcı səhmdarlar: Sequoia, Uncork Capital

Mathilde Collin artıq Forbes-in “30 under 30” siyahısına düşüb. İlk dəfə Front ideyası onun ağlına məktəbi bitirəndən sonra gəlib. “Mən insanların, poçtlarındakı məktubları yerbəyer etməyə nə qədər çox vaxt sərf etdiklərini görürdüm”- o, deyirdi. Ona görə də 2013-cü ildə o, Front-u yaradır və bununla da şirkətlərə ümumi poçt qutusuna qoşulmaqla məhsuldarlığı artırmaqda kömək etmiş olur.

Front-un 5000 müştərisi var, onlardan ən iriləri Shopify, MailChimp və Stripe-dır.

FUBOTV
FUBOTV

FUBOTV

Yaradıcılar: Sung Ho Choi, David Gandler (baş direktor), Alberto Horihuela

Cəlb edilən səhmlər: 145 milyon dollar

2018-ci ilə olan gəlir: 74 milyon dollar

Aparıcı səhmdarlar: 21st Century Fox, Northzone, Sky

44 yaşlı David Gandler  internetdə satışlarla çoxdan məşğul olub, 2015-ci ildə isə FuboTV-ni buraxıb – əcnəbi futbol liqalarının oyunlarına baxmaq istəyən amerikan izləyiciləri üçün nəzərdə tutulmuş xidmət.

Əvvəl  FuboTV , GolTV latın-amerikan idman yayımları şəbəkəsinin və onun portuqal analoqu Benfica TV-nin canlı yayımlarını buraxırdı, sonra isə beİN Sports və Univision-la razılıq imzaladı və yayımları genişləndirdi. Bugün FuboTV – kabel televiziyasının əlverişli analoqudur (ayda 54,99 dollardan), müştərilərinə də 90-dan çox kanal təklif edir.

GROVE COLLABORATIVE
GROVE COLLABORATIVE

GROVE COLLABORATIVE

Yaradıcılar: Chris Clark, Stuart Landesberg (baş direktor), Jordan Savage

Cəlb edilən səhmlər: 213 milyon dollar

2018-ci ilə olan gəlir: 104 milyon dollar

Aparıcı səhmdarlar: Bullpen Capital, General Atlantic, Lone Pine Ventures, Mayfield Fund, Norwest Venture Partners, Serious Change

Amazon epoxasında gənc Grove startapı ABŞ-da 104 milyon dollarla elektron kommersiya bazarında özünə yer edə bilib. Grove təbii məhsullar, məişət kimyası və kosmetika satır və adi sifariş və çatdırmanı təmin edir. 2016-cı ildə startap özünün tam təbii məhsullarını istehsal etməyə başlayır və bununla 50% satışı təmin etmiş olur.

Grove-un uğurunun sirri ondadır ki, o, tranzitdə ucuz başa gələn konsentratlar istehsal edir. Məsələn, onların şüşə təmizləyən vasitəsi çoxlu konsentrasiyaya malikdir və buna müvafiq olaraq həcmi kiçikdir: qablaşdırılma ölçüsünə görə adi diş pastası qabından böyük deyil.

KONG
KONG

KONG

Yaradıcılar: Augusto Marietti (baş direktor), Marco Palladino

Cəlb edilən səhmlər: 71 milyon dollar

2018-ci ilə olan gəlir: 5 milyon dollar

Aparıcı səhmdarlar: Andreessen Horowitz, CRV, Index Ventures, New Enterprise Associates

Kong API şirkətlərə ( tətbiqlərin yaradılması üçün təchizatçıların istifadə etdiyi kod) çıxışı təmin edir və  nə qədər tətbiq edilmələrinə nəzarət edir. Kong şirkətinin əsası Milanda qoyulub, lakin hal-hazırda şirkət San-Fransiskoda yerləşir və onun 130 müştərisi var.

LATTICE
LATTICE

LATTICE

Yaradıcılar: Jack Altman ( baş direktor), Eric Koslow

Cəlb edilən səhmlər: 27 milyon dollar

2018-ci ilə olan gəlir: 7 milyon dollar

Aparıcı səhmdarlar: Shasta Ventures, Thrive Capital

2015-ci ildə Jack Altman və Eric Koslow özlərinin Lattice şirkətini yaratmaq  və heyəti idarə etmək üçün proqram təminatı buraxmaq qərarına gəlirlər. Şirkətin texnologiyaları işəgötürənlərə imkan verir ki, sorğuların köməyi ilə əməkdaşların attestasiyasını onların karyera yüksəlişlərinə yönəltsinlər.

NEXT TRUCKING
NEXT TRUCKING

NEXT TRUCKING

Yaradıcılar: Elton Chung, Lidia Yan ( baş direktor)

Cəlb edilən səhmlər: 125 milyon dollar

2018-ci ilə olan gəlir: 46 milyon dollar

Aparıcı səhmdarlar: Brookfield Ventures, China Energy Group, Sequoia

Bu layihə yüklərin  broker daşınmasını həyata keçirir və buna onlayn nəzarət etmək mümkün olur. Şirkət Elton Chung və  Lidia Yan cütlüyü  tərəfindən 2015-ci ildə yaradılıb. Next Trucking “göndərən-təyinat” üzrə yüklərin daşınmasına və məhsulların limandan anbara keçirilməsinə nəzarət edir.

2016-cı ildən bəri startap hər il gəlirlərini iki dəfə artırır. Keçən il dövriyyə 46 milyon  dollar olub. Lidia-nın təhlilinə görə, 2019-cu ildə layihənin dövriyyəsi 120 milyon dollar olacaq.

PATREON
PATREON

PATREON

Yaradıcılar: Jack Conte (baş direktor), Sam Yam

Cəlb edilən səhmlər: 166 milyon dollar

2018-ci ilə olan gəlir: 35 milyon dollar

Aparıcı səhmdarlar: Freestyle Capital, Glade Brook Capital Partners, Index Ventures, Thrive Capital

Jack Conte sahibkar olmamışdan qabaq musiqiçi olmuşdur. O, yaradıcı şəxslərə daimi gəlir qazanmaqda kömək etməklə “ac rəssamlar” stereotipini qırmaq istəyir. 

Patreon-un köməyi ilə rəssamlar abunəçilərdən və ya “patronlar”dan ödəniş müqabilində eksklüziv təəssüratlar təklif edirlər. Şirkətin hesablamasına görə, 2019-cu ilin sonuna istifadəçilərə ödənişin məbləği 1 milyard dollar keçəcək.

PROXY
PROXY

PROXY

Yaradıcılar: Denis Mars (baş direktor), Simon Ratner

Cəlb edilən səhmlər: 14 milyon dollar

2018-ci ilə olan gəlir: 1 milyon dollar

Aparıcı səhmdarlar: Kleiner Perkins

Proxy tətbiqinə smartfonunuzdakı açar toplusu da demək olar: o sizə belə bir imkan yaradır ki, ənənəvi olaraq özünüzlə sənəd və açar götürmədən  qeydiyyatdan keçdiyiniz istənilən binaya daxil olasınız.

Proxy-nin müştəriləri arasında – kommersiya daşınmaz əmlakı ilə məşğul olan şirkətlər vardır. Mars və Ratner  planlaşdırırlar ki, texnologiyanı elə işləsinlər ki, sonralar insanların “carsharing” xidmətlərində və gecə tədbirlərində identifikasiyası üçün ondan istifadə etmək mümkün olsun.

REDIS LABS
REDIS LABS

REDIS LABS

Yaradıcılar: Ofer Bengal ( baş direktor), Yiftach Shoolman

Cəlb edilən səhmlər: 147 milyon dollar

2018-ci ilə olan gəlir: 50 milyon dollar

Aparıcı səhmdarlar: Bain Capital Ventures, Francisco Partners, Goldman Sachs, Viola Ventures

2011-ci ildə Ofer Bengal və Yiftach Shoolman məlumatlar bazasına sürətli giriş xidmətini yaradıblar. Xidmət şirkətlərə imkan verir ki, öz tətbiqlərində sorğulara sürətli cavabı təmin etsinlər. Redis Labs ənənəvi modellərdən daha sürətli olan məlumatların alternativ proqramlaşdırılması forması NoSQL-dən istifadə edir. İstifadəçiləri arasında  FedEx, Mastercard və digərləri var. Şirkət daha sürətlə inkişaf etmək üçün açıq giriş kodu olan ödənişsiz versiyanı da təqdim edib. Bu da üçüncü tərəf təchizatçılarını cəlb etməyə imkan verir. 2013-cü ildə ödənişli versiyası təqdim edilib – minimal dəyər bir aya Gb-a 5 dollar edir.

REMITLY
REMITLY

REMITLY

Yaradıcılar: Shivaas Gulati, Josh Hug, Matt Oppenheimer (baş direktor)

Cəlb edilən səhmlər: 312 milyon dollar

2018-ci ilə olan gəlir:  80 milyon dollar

Aparıcı səhmdarlar:  Bezos Expeditions, DFJ Venture Capital, Generation Investment Management, Naspers’ PayU, QED Investors, Stripes Group

Remilty pul köçürmələrindən qazanır, az komissiya götürür – 1,5%. Şirkət 2011-ci ildə yaradılıb. Remilty-nin əsas məqsədi  inkişaf etmiş ölkələrin əhalisinin üçüncü dünya ölkələrinə ucuz pul göndərməsini təmin etməkdir. Bugün startap, 60 ölkəyə xidmət göstərir və ildə 6 milyard dollar köçürmə reallaşdırır və bu da dünya üzrə bütün pul köçürmələrinin təxminən 1%-i deməkdir. Hal-hazırda bu startap dünyada ən iri fintech-şirkətlərdən biridir və miqrantlara istiqamətlənib. Gələcəkdə Remitly  kredit verməyi və maliyyə xidmətləri siyahısını genişləndirməyi planlaşdırır.

RIGUP
RIGUP

RIGUP

Yaradıcılar: Xuan Yong ( baş direktor), Mike Witte

Cəlb edilən səhmlər: 94 milyon dollar

2018-ci ilə olan gəlir:  21 milyon dollar

Aparıcı səhmdarlar:   Bedrock Capital, Təsisçilər Fondu, Quantum Energy Partners

ABŞ-da neft və qaz əldə etmək üçün 1000-ə yaxın qazma qurğusu var. Bununla bağlı  RigUp startapı podratçıların adi seçim sistemini daha effektiv həyata keçirməyə imkan verə bilər. Startap müxtəlif sahələrdən olan uyğun icraçıları tapmaqda kömək edir: məsələn, almaz çıxaranlarv və mühəndislər. RigUp öncədən işçiləri və  sifarişçiləri yoxlayır və onlayn-platforması vasitəsilə bağlanmış hər müqavilədən 4% götürür.

ROTHY’S
ROTHY’S

ROTHY’S

Yaradıcılar: Stephen Hawthornthwaite, Roth Martin (baş direktor)

Cəlb edilən səhmlər: 42 milyon dollar

2018-ci ilə olan gəlir:  140 milyon dollar

Aparıcı səhmdarlar: Goldman Sachs, Lightspeed Venture Partners 

Stratapın yaradıcılarının həyat yoldaşları dəbli və rahat ayaqqabı tapa bilməmələrindən şikayətlənirdilər. Belə olan halda sahibkarlar özlərinin brendini buraxmaq və  emal edilmiş plastik butulkalardan və trikotajdan ayaqqabılar hazırlamaq qərarına gəlirlər. Üçüncü fəaliyyət ilində Rothy’s ayaqqabılarının satışından əldə edilən gəlir 140 milyon dollara çatmışdı.

SIGNALFX
SIGNALFX

SIGNALFX

Yaradıcılar: Phillip Liu, Karthik Rau ( baş direktor)

Cəlb edilən səhmlər: 179 milyon dollar

2018-ci ilə olan gəlir:  25 milyon dollar

Aparıcı səhmdarlar: Andreessen Horowitz, CRV, General Catalyst, Tiger Global Management

SignalFX real vaxt rejimində iri şirkətlərin bulud infrastrukturasına nəzarət edir. 

Şirkət 2013-cü ildə yaradılıb. Bu startap “faciə”dən 2-5 saniyə qabaq mümkün anomaliya barədə istifadəçiyə xəbərdarlıq edir. Bunun faydası ondadır ki, siz tez bir vaxtda məlumat əldə etməklə zamanında problemi həll etmiş olursunuz və bununla da istifadəçilərin şikayətindən sığortalanırsınız.

SYNTHEGO
SYNTHEGO

SYNTHEGO

Yaradıcılar: Paul Dabrowski (baş direktor) , Michael Dabrowski

Cəlb edilən səhmlər: 157 milyon dollar

2018-ci ilə olan gəlir: 20 milyon dollar

Aparıcı səhmdarlar:  Founders Fund, 8VC

Synthego kürək, lapatka, kart və digər alətlərin gen ekvivalentini satmaqla məşğuldur. Həmin alətlər bu sahədə  yeni məhsulların daha effektiv şəkildə yaradılmasına imkan verir. Istifadəyə hazır Synthego dəstləri həm özəl sahədə  həm də elmi-araşdırma institutlarında çalışan araşdırmaçıların işini sürətləndirir.Həmçinin, yeni müalicə üsullarının işlənib hazırlanmasına kömək edir.

TRUEPILL
TRUEPILL

TRUEPILL

Yaradıcılar: Umar Afridi ( baş direktor), Sid Viswanathan

Cəlb edilən səhmlər: 13 milyon dollar

2018-ci ilə olan gəlir: 48 milyon dollar

Aparıcı səhmdarlar:  Initialized Capital

Truepill startapı 2017-ci ildə yaranıb. O, sanki apteklər aləminin Amazonudur. Əgər kimsə hər hansısa tibbi və ya müalicəvi məhsulu internetdən sifariş edirsə bunu Truepill rəsmiləşdirəcək və sifarişi çatdıracaq. Sahibkarlar  aptek rəqəmsallaşmasının trendə çevrildiyini görürüdülər və ona görə də aptek müştəriləri ilə aktiv şəkildə işə başladılar. İndi artıq bu startapın yaradıcıları b2b bazarına çıxmağı və korporativ müştərilərdən qazanmağı planlaşdırırlar.

VERKADA
VERKADA

VERKADA

Yaradıcılar: Benjamin Bercovitz, Filip Kaliszan (baş direktor)  James Ren, Hans Robertson

Cəlb edilən səhmlər: 59 milyon dollar

2018-ci ilə olan gəlir: 20 milyon dollar

Aparıcı səhmdarlar:  First Round, Meritech, Next47, Sequoia

Verkada iki ildən az bir müddət ərzində yeni izləmə sistemi işləyib hazırlayıb və  bələdiyyələr, iri müəssisələr və məktəblər üçün yaxşı təkliflər bazarına qoşulub. Bulud texnologiyasına əsaslanan bu startap proqram təminatı hibridini və “dəmir”i təklif edir və məlumatları qorumağa və bulud vasitəsilə bütün video-məlumat axınını idarə etməyə, həmçinin onu  paylaşmağa imkan verir.

Şirkət , 2019-cu ildə  Memfis şəhərinin administarsiyası, Juul Labs elektron siqaret istehsalçısı və Nyutaun şəhərinin  məktəb departamenti ilə 1000-dən çox kamera izlənməsinə razılıqlar imzalayıb.

Rəy bildir

Please enter your comment!
Please enter your name here