Bu ilin sonuna qədər Azərbaycandan Çin, Bolqarıstan, Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanına ixrac missiyaları təşkil ediləcək.
Bizplus.az Reporta istinadla xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) prezidenti vəzifəsini icra edən Yusif Abdullayev bildirib.
Bundan başqa, onun sözlərinə görə, bu ilin əvvəlindən Azərbaycandan kənd təsərrüfatı məhsullarının ixrac dəyəri 538,2 mln ABŞ dolları, sənaye məhsullarının ixrac dəyəri isə 669,3 mln. dollar təşkil edib.
“O cümlədən bu ilin ilk 9 ayı ərzində Azərbaycan 5,6 mln. dollar dəyərində şərab ixrac edib. Bu, illik müqayisədə 45-50% çoxdur”, – deyə Y.Abdullayev əlavə edib.