Yardımlıda inkubator məntəqəsi və yem emalı müəssisəsi fəaliyyətə başlayıb

Date:

Paylaş:

Yardımlı rayonunun Gavran kəndində inkubator məntəqəsi, Sırıq kəndində isə yem emalı müəssisəsi fəaliyyətə başlayıb.

Bu barədə İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) bildirilib.

Məlumata görə, bununla bağlı KOBİA-nın dəstəyi, Yardımlı Rayon İcra Hakimiyyətinin, KOBİA-nın, ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) və kənd sakinlərinin iştirakı ilə keçirilmiş tədbirlərdə müəssisələrin Azərbaycan hökuməti və USAİD tərəfindən birgə həyata keçirilən “Sosial-iqtisadi inkişaf fəaliyyəti” (SEDA) layihəsi çərçivəsində istifadəyə verildiyi qeyd olunub.

Qeyd olunub ki, Gavranda inkubator məntəqəsinin istifadəyə verilməsi ilə əsas fəaliyyət sahələrindən biri quşçuluq olan kənd sakinləri quşçuluq təsərrüfatlarını genişləndirəcək, digər rayonlarda yerləşən inkubatorlardan istifadə etmək üçün uzun məsafə qət etmədən, vaxta və xərclərinə qənaət edəcəklər. Ümumilikdə Gavrandakı inkubator məntəqəsindən 11 kəndin minə yaxın sakini yararlanacaq.

Sırıq kəndində fəaliyyətə başlayan yem emalı müəssisəsi isə fermerlərin heyvandarlıq və quşçuluq təsərrüfatları üçün yemə olan tələbatının ödənilməsinə imkan verəcək. Yem üyüdən, toxum təmizləyən və ot doğrayan avadanlıqlardan ibarət olan yem emalı müəssisəsi əsas məşğuliyyəti kənd təsərrüfatı olan Sırıq və ətraf kəndlərdə fəaliyyət göstərən minə yaxın kənd sakininə xidmət edəcək.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...