Əsas səhifə Biznes Yaratdıqları qəribə saytlarla milyonçu olan 10 adam

Yaratdıqları qəribə saytlarla milyonçu olan 10 adam

1627
Paylaş

Milyoner kimi xatırlanmaq hamımızın xəyalıdır. İşləyərək bu vəziyyətə çata bilməyəcəyini düşünən bir çox adam bu xəyalını qeyri-qanuni yollarla reallaşdırmağa çalışır. Həqiqətən sizcə də bu vəziyyət, düşünüldüyü qədər çətin mi əldə edilir? Siyahımızdakı insanların ortaq cavabı xeyrdir! Çünki bu insanların hamısı bir zamanlar adi insanlar idi.

Texnologiya çağını yaşadığımız dünyada, internet çox insanı milyonçu edib. Bu gün sizlərə xəyallarının və kimsənin ağlına gəlməyən yaradıcı düşüncələrinin ardından gedən 10 insandan bəhs edəcəyik. Kimdir bu internet milyonçuları? Gəlin birlikdə öyrənək …

Alex Tew – Million Dollar Homepage

Siyahımızın ilk sırasında iştirak edən Alex Tew, Million Dollar Homepage adlı saytını təhsil xərclərini qarşılaya bilmək üçün yaratmışdı. Olduqca sadə bir sistemlə qurulan saytın ana səhifəsi, 1 milyon pikseldən meydana gəlir və bağlantılar 10 × 10 piksellik bloklar halında reklam məqsədli xidmət verir. 1 pixelin 1 dollardan satıldığını düşünsəniz, Alex Tew’in nə qədər asan bir yoldan milyoner olduğunu anlayacaqsınız. Nəticədə bu universitet tələbəsi, Million Dollar Homepage ilə dünya səviyyəsində şöhrət qazanmışdır.

Mart Metro – Boomerang Boxes

Marty Metro da qulağa olduqca axmaq gələn amma 1 milyon dollar gəliri olan bir internet saytı qurmuşdur. Boomerang Boxes adlı saytın sahibi, insanlara qutu icarəsi xidməti verir. Bilirsiniz ki, köçən insanların ən çox şikayətləndiyi şeylərdən biri ətrafda eləcə dayanan bağlamalardır. Marty Metro da bu düşüncədən yola çıxaraq ehtiyacı olan insanlara qutu xidmətini verməyə qərar vermişdir. Müştərilərin ayağına qədər aparılan və istifadədən sonra istənildiyi yerdən geri alınan qutular çox bəyənilmişdir. Elə buna görədə Boomerang Boxes’in satışları 1 milyon dollara çatmışdır.

Don Brawley – Eternal Reefs

Don Brawley’in yaradıcısı olduğu sayt isə tamamilə fərqli bir mövzu üzərinə cəmlənmişdir. İtirdiyiniz şəxslər üçün sualtı daşlardan abidə yaratma imkanı təqdim edən Eternal Reefs, əslində dünyanın ən məşhur mövzularından biri olan ölümü seçdiyi üçün çox müvəffəqiyyətli olub. Bu saytın bir çox fərqli variantı olduğunu görürük. Məsələn; əgər siz də ölü yandırma ənənəsinə sahibsəniz itirdiyiniz adamın küllərini də hazırladığınız monumental reef topuna əlavə edə bilirsiniz.

Eric Nakagawa&Kari Unebasami – Cheezburger

Cheezburger adlı saytın adını daha əvvəl eşitmiş ola bilərsiniz. Amma bu milyon dollarlıq saytın, pişik fotoşəkilləri paylaşan bir sayt olduğunu eşitmək həqiqətən qəribədir! 2007-ci ildə Eric Nakagawa və Kari Unebasami tərəfindən qurulan sayt, qısa zaman içində fenomen olmağı bacarmışdır. Eyni ilin Sentyabr ayı içərisində bir qrup investor Cheezburger’i 2 milyon dollar qarşılığında almışdır. Bir digər təəccüblü məqamsa, pişiklərdən yola çıxan bu saytın bu ankı dəyəridir! Yaxşı, Cheezburger’in dəyəri 80 milyon dollardır!

Byron Reese – Santa Mail

Siyahımızın 6. sırasında da olduqca qəribə görünən amma bir o qədər də yaxşı pul qazanan Santa Mail adlı sayt var. 3 milyon dolların üzərində olan qazancıyla Santa Mailin qurucusu Byron Reese, Şaxta babadan uşaqlara məktub göndərir. Həm də Şimal Qütbündən!
Santa Mail internet saytına girən valideynlər, yalnız 10 dollar qarşılığında uşaqlarına Şaxta babadan yollanmış bir məktub göstərir. Ancaq aydın olan odur ki bu valideynlər, özlərinin də rahatlıqla bir Şaxta baba məktubu yaza biləcəkərini ağıl edə bilmirlər ya da çətin gəlir.

Jerry Turner – Advanced Bio Treatment

3 milyon dollar dəyərindəki Advanced Bio Treatment adlı sayt da ən az digərləri qədər qəribə görünür. Ancaq görünən odur ki Jerry Turner, bu qeyri-adi fikri ilə çox müvəffəqiyyətli olmuşdur. Gələk bu internet saytının təqdim etdiyi xidmətlərə. Bilirsiniz ki nə polis, nə də təcili yardım xidməti baş verən bir qəzanın ardından ortalığı təmizləmirlər. İşləri bitdikdən sonra hadisə yerindən çıxıb gedirlər. Əgər sizə qalan görünüşlə başa çıxmaq istəmirsinizsə, bu iş üçün birini çağırırsınız. Bax Advanced Bio Treatment da tam olaraq bunu edir. Mütəxəssislərdən ibarət komandası olan sayt, hər kəsin başına gələ biləcək; qəza, cinayət, ölüm vs. kimi hadisələrin ardından istəyənlər üçün bir növ təmizlik xidməti verir.

Jacob&Susan Aniello – Doody Calls

Ev heyvanına sahib olmaq uzaqdan əyləncəli kimi görünsə də işin içinə girdiyinizdə bunun hər zaman belə olmadığını başa düşürsünüz. Pis hala düşən iy verən bir bağçanın, evinizin ortasında olan pişik tükləri , qarışıqlıq vs. bu vəziyyətə verə biləcəyimiz nümunələrdən bəziləridir. Yaxşı, tüklü dostunu çox sevən amma bağça təmizliyi kimi işlərlə məşğul olmayan heyvan sahibləri bu vəziyyətlə necə başa çıxır? Təbii ki Doody Calls’a zəng vuraraq! Bəli, Jacob və Susan Aniello tərəfindən qurulan sayt, qısa zaman içində şöhrət qazanaraq, milyon dollar qazanan bir işə çevrilmişdir.

Bill Thomas – BioScientific Inc.

Toyuq fermasının sahibi olan Bill Thomas, zibilə atılan toyuq pisliklərini dəyərləndirməyə qərar vermiş və Bio Scientific Inc’yi yaratmışdır. Siyahımızın 3. sırasında yer alan bu qeyri-adi sayt, toyuq peyin satışını həyata keçirir. Bu işdən çox yaxşı nəticələr əldə edən Bill Tomasın gəliri, 5 milyon dollar olaraq ifadə edilir.

Noel Biderman – Ashley Madison

“Həyat qısa, bir macəra yaşayın!” Şüarı ilə yola çıxan internet saytı, Ashley Madison və Milad Biderman tərəfindən qurulmuşdur. Hazırda 50 milyon dolların üzərində qazancı olan saytının verdiyi xidmət də olduqca qəribədir. Evli olan şəxslərin ya da hal hazırda sevgilin olanların tək gecəlik münasibət yaşamasını dəstəkləyən sayt, bunun üçün istifadəçilərinə uyğun adam profilləri təqdim edir. Profillər arasından xoşladığlarınızla ünsiyyətə keçib, bəlkə arvadı ya da əri olan kəslərlə gizli intim münasibət yaşayırsınız. Ancaq heç də etik olmayan bu sayt, görünən odur ki insanlar tərəfindən çox bəyənilib.

Mark Zuckerberg, Eduardo Saverin, Andrew McCollum, Dustin Moskovitz, Chris Hughes – Facebook

Siyahımızın 1 nömrəsində gözlədiyimiz ad əlbəttə ki Facebookdur. Mark Zuckerberg və bir neçə yoldaşı tərəfindən qurulan sayt, bu gün dünyanın ən məşhur saytları arasında iştirak edir. 200 milyard dollarlıq qazancı ilə böyük bir müvəffəqiyyət qazanan Facebook, sadə bir düşüncəylə yola çıxılan saytların nə qədər çox pul qazandığının ən bariz nümunəsidir. Nə deyirsiniz, sizcə də elə deyil mi?
Gördüyünüz kimi milyoner olmaq əslində o qədər də çətin deyil. Ağıllı bir adam olmağınız və azca da olsa internet biliyinizin olması kafidir.