Tək başına öz biznesini quranlar arasında bəlkə də ən çox onu qısqanacaqsız. Flappy Bird-ün yaradıcısı Dong Nguyen Vyetnamlı kasıb ailənin uşağıdır. Dong Vyetnamda yaşayan hamımız kimi sadə həyat tərzi keçirən biri idi. O həm oxuyur həm də təcrübəçi kimi işləyirdi. Dongun oyunlara böyük marağı olub və birgün Angry Birds oynuyan zaman onun çox kompleks olduğunu düşünür. Angry Birdsi daha sadə şəkildə qura biləcəyinə inanır. Proqramlaşdırma öyrənməyə başlayır. Öyrəndiklərini test etmək üçün, 3 gün ərzində bir oyun qurur: Flappy Bird
Hətta oyunu o qədər həvəskarcasına hazırlayır ki, Flappy Bird-ün qrafiklərin internetdən tapdığı pulsuz saytlardan yükləyir. Sonda ortaya maneələrdən yayınaraq uçmağa çalışan bir quşun hekayəsi çıxır. Oynuyan insanın etməli olduğu iş müəyyən bir ritimlə ekrana toxunmaqdır.
Bu oyunu Apple Store da pulsuz olaraq yayımlayan Dong, əlbəttə bu qədər amatör bir oyun ilə ilk vaxtlar heç kimin diqqətin cəlb etmir. Həvəskarcasına hazırlanmış bir işlə varlı olmaq elə də asan deyil. Bəs necə oldu ki, Dongun 3 günə hazırladığı bir oyun bu qədər populyarlıq qazandı.
Dong appstorea yüklədiyi oyunun heçkimin marağını cəlb etmədiyin görəndən sonra, kateqoriyasına dəyişiklik edərək onu “ailə oyunu” olaraq dəyişdirdi. Bundan sonra oyun sosial mediada bir sıra insanların marağına səbəb oldu. Oyunu yükləyənlər onunla lağ edir, məqsədsiz olduğunu düşünsələr də oynamağa davam edirlər. Bir zamandan sonra Flappy Bird artıq insanlarda vərdiş halını alır.
Bir müddətdən sonra Dong Twitter hesabından çoxlu təhqirlər alır. İnsanlar oyunun çox boş mənasız olduğun desələr də oynamaqda davam edirlər. Qısa zaman sonra Flappy Bird internetdə fenomen olur, dünyada məhşurlaşmağa başlayır.
Oyunun içərisində yerləşdirilən reklamlar sayəsində Dong hər gün 50.000 dollar qazanır. 16 yaşında qurduğu oyun 19 yaşına çatanda artıq onu milyoner etmişdi. Dongun bugünki sərvəti barədə dəqiq bir məlumat olmasa da, “Flappy Bird” oxşar şəkildə qurduğu digər sadə oyunlar sayəsində o bəlkə də tezliklə milyarderlər siyahısına girəcək.