Yaponiyanın Kosmik Kəşfiyyat Agentliyi süni meteor yağışı yağdıracaq.
“Bizplus.az” xəbər verir ki, bu il Yaponiya fəzaya 7 peyk göndərib. Onlardan birinin kosmosa metal parçaları buraxmaqla süni meteor yağışı yaradacağı bildirilir. Yaponlar bununla kosmosda ilkə imza atmış olacaqlar.
Sözügedən layihənin gerçəkləşməsinə nə qədər vəsait ayrıldığına dair isə heç bir açıqlama verilməyib.
Süni meteor yağışının gələn il Xiroşima adası üzərinə yağdırılacağı qeyd olunur.