Əsas səhifə Xəbərlər Xarici biznes xəbərləri Yaponiyanın “SoftBank” holdingi NVIDIA səhmlərini $3,3 milyard mənfəətlə satıb

Yaponiyanın “SoftBank” holdingi NVIDIA səhmlərini $3,3 milyard mənfəətlə satıb

76

Yaponiyanın SoftBank Group-na məxsus olan Vision Fund, ABŞ-ın qrafik həlləri istehsalçısı Nvidia şirkətinin 4.9% -ni satıb.

Vision Fund, 2017-ci ilin may ayında Nvidia-ya sərmayə qoyacağını elan etmişdir. Bloomberg mənbələri, fondun səhmləri 4,9% -ni 4 milyard dollara satın aldığını qeyd etmişdir. Lakin, SoftBank-ın rəhbəri olan Masayoshi Son, şirkətin xüsusi dəyərində ticarət strategiyasından istifadə etdiyini söyləyib. Bu strategiya, səhmlərin kəskin düşdüyü bir halda zərərləri ödəmək imkanını yaradacaq.

Nəticədə, Vision Fund, hər bit səhmi 218 dollara satıb. Xatırladaq ki, bir səhmin orta qiyməti 105 dollar olmuşdur. Nvidia-ya qoyulan investisiyalardan SoftBank gəlirləri 3,3 milyard dollar təşkil edib.

Son aylarda Nvidia səhmləri düşür. 2018-ci ilin oktyabr ayı ilə müqayisədə şirkət qiymətli kağızların dəyərinin yarısını itirmişdir. 2019-cu il 5 fevral tarixində  keçirilmiş hərracların yekununda bir səhmin qiyməti 149,95 dollar təşkil etmişdir.

Yanvar ayının sonunda Nvidia, kompüter istehsalçılarının qrafik prosessorlarına zəif tələbat və məlumat mərkəzləri üçün nəzərdə tutulmuş həllərin satışının zəif olmasına istinad edərək, öz rüblük gəlir proqnozlarını aşağı salmışdır.

Rəy bildir

Please enter your comment!
Please enter your name here