Yaponiyanı tərk edənlər vergi ödəyəcək

Date:

Paylaş:

Yaponiyanı gəmi və ya təyyarə vasitəsilə tərk edən hər bir şəxs bu gündən etibarən 1000 yen (təxminən 17 manat – red.) yeni vergi ödəməsi həyata keçirməli olacaq. Qanun bütün ölkələrin vətəndaşları üçün keçərlidir.

Bizplus Oxu.Az-a istinadən xəbər verir ki,Yaponiya hökumətinin hesablamalarına görə, 2020-ci ilə qədər ölkəyə təxminən 40 milyon turist gələcək və bu, ölkəyə böyük gəlir gətirə bilər.

İstisnalar gəmi və təyyarələrin ekipaj üzvlərinə, deportasiya edilən şəxslərə, iki yaşadək uşaqlara, tranzit sərnişinlərə, xüsusi reyslərlə gələn diplomatlar və sərnişinlərə, eləcə də, təcili eniş edən təyyarələrə və pis hava şəraitində Yaponiyada dayanmalı olan sərnişinlərə aid olunacaq.

“Əldə olunan gəlirlər turizm infrastrukturunun genişlənməsinə və möhkəmlənməsinə, eləcə də, turizm nəhənglərinin inkişafına sərf ediləcək”, – Yaponiya Maliyyə Nazirliyindən bildirilib.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...