Əsas səhifə Məqalələr Maraqlı Yaponiyalı zərgər 2 milyon dollarlıq yeni il yolkası düzəldib

Yaponiyalı zərgər 2 milyon dollarlıq yeni il yolkası düzəldib

1069
Paylaş

Yaponiyalı zərgər Qinza Tanakanın düzəltdiyi Yeni il yolkası paytaxt sakinləri üçün əsl sürpriz olub.

AZƏRTAC billionnews.ru saytına istinadla bildirir ki, təmiz qızıldan hazırlanmış yolkanın qiyməti 2 milyon dollardır. Hündürlüyü 2,4 metrə çatan yolka çəkisi 12 kiloqramdan çox olan qızıl plastilinlər və lentlərlə bəzədilib.

Qinza Tanakanın digər məşhur işlərindən biri 24 karatlıq qızıldan düzəltdiyi oyuncaq at, digəri isə 850 min dollarlıq qapıdır.