Əsas səhifə Biznes sahələri Texnologiya Yaponiyada iş yerlərində süni intellektdən istifadə üçün təlimat hazırlanıb

Yaponiyada iş yerlərində süni intellektdən istifadə üçün təlimat hazırlanıb

58

Yaponiyada böyük şirkətlərdən ibarət qrup iş yerlərində süni intellektdən istifadə ilə əlaqədar təlimat hazırlayıb.

Buna səbəb kimi əməkdaşların fərdi məlumatlarının təhlili zamanı süni intellektdən istifadənin müəyyən təhlükə yarada biləcəyi göstərilir.

Bildirilir ki, Yaponiyanın “Sony”, “Softbank” və “Papanasonic” kimi məşhur şirkətlərinin də daxil olduğu müxtəlif sahələri əhatə edən 90 şirkət “People Analytics and HR Technology” adlı xüsusi təşkilat yaradıb. Bu təşkilat tərəfindən hazırlanmış təlimat şirkətlərin əməkdaşların fərdi məlumatlarının süni intellekt tərəfindən təhlil edildiyini və bunun səbəbi barədə onların əvvəlcədən məlumatlandırılmasını nəzərdə tutur.

Bu zaman şirkətlər süni intellektin əməkdaşların fərdi məlumatlarından istifadə etməsi üçün onların razılıqlarını almalıdır.

Rəy bildir

Please enter your comment!
Please enter your name here