Ötən ay azad ticarət barədə Trans-Sakit okean Tərəfdaşlığı üzrə razılaşmanın qüvvəyə minməsindən sonra Yaponiyada “Aeon” supermarketlər şəbəkəsi xarici malların qiymətini endirməyə başlayıb.
“Bizplus.az” “FED.az”- a istinadla xəbər verir ki, Yaponiyanın tanınmış “Aeon” supermarketlər şəbəkəsinə daxil olan minə yaxın supermarketdə müqavilə üzvü olan ölkələrdən, o cümlədən Avstraliyadan daxil olan malların qiyməti endirilib. Məsələn, Tokio yaxınlığında yerləşən Çiba prefekturasının sakinləri şəbəkəyə daxil olan mağazadan Avstraliyadan gətirilən mal ətini 19 faiz ucuz alıblar.
Son vaxtlar baş verən bahalaşmadan sonra qiymətlərin bu endirimi alıcılar tərəfindən sevinclə qarşılanıb.
Şəbəkənin nümayəndələrinin bildirdiyinə görə, yaxın zamanlarda Yeni Zelandiyadan daxil olan kivinin, Avstraliyadan gətirilən pendir və üzümün, Çilidən göndərilən hisə verilmiş balığın qiymətində də endirimlərin tətbiqi nəzərdə tutulur.