Yaponiyada, zəlzələ zamanı yerin səthindən bir neçə sm yüksəkliyə qalxan və titrəmələr bitənədək həmin vəziyyətdə qalan evlər hazırlanıb.
Bu texnologiya hələ keçən onillikdə işlənib hazırlanmışdı, lakin ona, 2011-ci ildə Yaponiyada baş verən dağıdıcı zəlzələdən sonra xüsusi diqqət ayrılıb.
Sistem, Air Danshin Systems İnc.şirkətinin qurucuları tərəfindən işlənib. O, güclü hava yastıqlarına malikdir və lazım olduqca evi havada saxlamağa kömək edir.
Həssas datçik seysmik aktivlik zamanı siqnal ötürür və o da hava kompressorunu işə salır.Sonuncu da bir neçə saniyə ərzində yastığı evin özü ilə bünövrəsi arasında hava ilə doldurur.
Təkanlardan sonra ev bünövrənin perimetrinə görə xüsusi çərçivəyə oturur. Bu yeni texnologiya üzrə Yaponiyada artıq yüzlərlə belə ev tikilib.