Yaponiyada sərnişin dronu sınaqdan keçirilib

Date:

Paylaş:

Yaponiyanın “NEC” korporasiyası sərnişinlər üçün nəzərdə tutulmuş pilotsuz təyyarə prototipinin uçuş sınaqlarını keçirib. Qısa nümayiş uçuşu Tokionun ətrafında yerləşən sınaq poliqonunda keçirilib: təxminən 3 metr hündürlüyə qalxan “uçan avtomobil” 1 dəqiqə havada qalıb və sonra yerə enib.

Aparat təhlükəsizlik məqsədilə hər bir tərəfi hasarlanmış “qəfəs”də sınaqdan keçirilib, onun quyruq hissəsi isə burazla yerə bağlanıb. Bundan başqa, hava nəqliyyatının bortunda heç kim olmayıb.

“Yaponiya – əhalisi sıx məskunlaşmış ölkədir, bu səbəbdən uçan avtomobillər ictimai yollara düşən yükü xeyli azalda bilər” – “NEC” layihəsinin rəhbərlərindən biri olan Kudji Okada deyib.
Yaponiya hakimiyyətinin gözləntisinə görə, 2023-cü ilədək belə pilotsuz təyyarələr malların çatdırılması, sonralar isə sərnişin daşınması ilə məşğul olacaq. “NEC”-in tərəfdaşı olan “Cartivator” şirkəti 2026-cı ildə “uçan maşınlar”ın kütləvi istehsalına başlamağı planlaşdırır.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...