Əsas səhifə Xəbərlər Biznes xəbərləri Yaponiyada peycerlərin dövrü sona çatdı

Yaponiyada peycerlərin dövrü sona çatdı

Telekommunikasiya şirkəti olan Tokio Telemessage, 2019-cu ilin sentyabr ayında fərdi çağrı cihazlara (peycerlərə) artıq  xidmət göstərmiyəcəyini açıqladı.

Tokio Telemessage, müştərilərə onların bu məsələ ilə bağlı anlayış göstərdikləri üçün öz təşəkkürünü bildirdi və yerli rəhbərliyə fəlakət baş verdiyi halda insanları məlumatlandırmaq məqsədini daşıyan öz mesaj xətlərini təklif edəcəyini söylədi.

Səbəb kimi isə şirkət müştəri bazasının azalmasını qeyd edir. 1996-cı ildə çağrı cihazlarından təxminən  1,2 milyon insan istifadə edirdi. Sonrakı illərdə artıq  Cib telefonlarının yayılması ilə, peycer istifadəçilərinin sayı bir xeyli azaldı.

Çağri cihazlarının istehsalı 1950-1960-cı illərdə başladı, artıq 1980-cı illərdə isə bu kiçik qurğu məşhur olmağa başladı. Cihaz, hərif və rəqəm kombinasiyalarının ötürərək   işləyirdi . Çox vaxt istifadəçilər qarşı tərəfin onlara zəng etməsi üçün öz telefon nömrələrini göndərmək məqsədi ilə bu cihazdan istifadə edirdilər.

BBC-nin verdiyi məlumata görə, bəzi ölkələrdə təcili xilasetmə xidmətinin işçiləri bu çağrı qurğularından hələ də istifadə etməyə davam edirlər.

Rəy bildir

Please enter your comment!
Please enter your name here