Yaponiyada işçi qüvvəsinin çatışmazlığına görə müflis olan şirkətlərin sayı rekord həddədir

Date:

Paylaş:

Yaponiyada işçi qüvvəsinin çatışmazlığına görə müflis olan şirkətlərin sayı rekord həddə çatıb.

Bu barədə həmin məsələni araşdıran “Tokyo Shoko Research” tədqiqat şirkəti məlumat yayıb. Bildirilir ki, 2019-cu ildə 426 şirkət kifayət qədər işçi tapa bilmədiyinə görə müflis olduğunu elan edib. Bu, ötən ilin müvafiq göstəricisi ilə müqayisədə 10 faiz çoxdur və həmin statistikanın aparılmağa başladığı 2013-cü ildən bəri ən yüksək göstəricidir.

Aparılan sorğunun nəticələrinə görə, şirkətlərin 270-i və ya 60%-i bu şirkətlərin rəhbərinin pensiyaya getməsi və onun yerinə əvəzedici kadrın tapılmaması ilə bağlı qapılarını bağlamalı olub.

Təqribən 80 şirkət işə qəbulla bağlı elan yerləşdirilməsinə baxmayaraq, kifayət qədər əməkdaş toplaya bilmədiyinə görə bağlanıb. Daha 40 şirkət pensiyaya getmiş və ya işdən çıxmış əməkdaşları əvəz edə bilməyib. Digər 30 şirkət isə əməkdaşların artan əmək haqqını ödəyə bilmədiyinə görə müflis olduğunu elan edib.

“Tokyo Shoko Research” şirkətinin bildirdiyinə görə, müflis olan şirkətlər əsasən tikinti və xidmət sahələrinə aiddir. Buraya işçi çatışmazlığına görə bağlanan şirkətlərin təqribən 50%-i daxildir.

Tədqiqatçı şirkətdən, həmçinin bildiriblər ki, kiçik şirkətlər işçi çatışmazlığına görə daha tez müflis olur. Qeyd edilir ki, tam olmayan iş günü ilə bağlı xərclərin və işçilərin əmək haqlarının artdığı şəraitdə menecerləri daha bir ağır il gözləyir.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...