Nikkei saytının fikrincə Yaponiya ilə Cənubi Koreya arasında yaranmış ticarət müharibəsi elektronika bazarına ciddi təsir göstərə bilər. OLED ekranların istehsalı üçün nəzərdə tutulmuş komponentlərin ticarəti üçün qoyulmuş yeni qadağalar böyük smartfon istehsalçılarına təsir edə və yeni smartfon modellərinin istehsalat saylarını azalda bilər. Bu barədə Techcrunch saytına istinadən 4pda saytı xəbər verib. Məlumata əsasən Yapniyanın ticarət nazirliyi OLED ekranların istehsalında istifadə olunan ftorpolimerlərin Koreyaya eksportunu 4 iyul tarixindən başlayaraq məhdudlaşdıracaq.
Yeni eksport qanununa əsasən yapon şirkətləri Cənubi Koreyadan olan hər bir alıcıya müəyyən kimyəvi maddələrin satışları üzrə hər bir müqavilənin təsdiqlənməsi üçün sorğu göndərməli olacaqlar. Bununla belə yapon şirkətlərinin bəzi reagentlər bazarındakı payları 90% təşkil edir. Yeni eksport qadağası qanunu ilk öncə sənayenin liderlərinə zərbə vuracaq: Samsung, LG, SK Hynix və Apple. Qeyd etmək lazımdır ki, Apple şirkəti öz iPhone modelləri üçün ekran matrisalarını məhz Koreyadan olan şirkətlərdən alır.
OLED ekran matrisalarının təchizatının gecikdirilməsi isə öz növbəsində bazarda cihazların çatışmazlığına və yeni cihazların qiymətlərinin yüksəlməsinə gətirib çıxara bilər. Bu cür sanksiya qərarının qəbul olunmasının əsas səbəblərindən biri kimi kütləvi informasiya vasitələri Cənubi Koreyanın ali məhkəməsinin qəbul etdiyi qərarı hesab edirlər. Belə ki, Cənubi Koreyanın ali məhkəməsi İkinci Dünya Müharibəsi zamanı koreyalıların məcburi işlədilməsi məsələsi ilə bağlı yapon sənayeçilərindən təzminat tələb edib.
Nikkei saytının verdiyi məlumata əsasən xammalın eksportunun məhdudlaşdırılmasından əlavə olaraq olaraq Cənubi Koreyanın bu məhkəmə iddiasına cavab kimi Yaponiya Cənubi Koreyanı bir sıra ölkələrin daxil olduqları “ağ siyahı”-dan çıxarda bilər. Milli təhlükəsizliyin təmin olunması üçün nəzərdə tutulmuş texnologiyaların bu siyahıdan olan ölkələrə verilməsi zamanı onlara qarşı minimal məhdudlaşdırmalar tətbiq olunur.