Tokionun barlarından birində QBIT Robotics şirkətinin robot-barmeni sınaqdan keçirilir. Reuters yazır ki, o 40 saniyəyə pivə tökə və bir dəqiqəyə kokteyl qarışdıra bilir.
Robot, içkiləri hazırlayan zaman havadan danışan və “gülən” planşetlə təchiz olunub. Dörd kamerası sayəsində robot müştəriləri görür və süni zəkanın köməyilə onların üz ifadəsini təhlil edir.
Robot iki ay sınaqdan keçiriləcək və bundan sonra Yoronotaki onu saxlayıb-saxlamamaq barədə qərar verəcək. Rəbətu qiyməti 82 min dollardır – bir barmenin 3 illik qazancı qədər.
Qeyd edək ki, Yaponiyada xüsusən də xidmət sahəsində işçi qıtlığı yaşanır. Əhalinin sayı azalır və orada yaşayanların demək olar ki, üçdə birinin yaşı 65-dən yuxarıdır. Reuters bildirir ki, Yaponiya hökuməti ölkəyə əcnəbi işçiləri cəlb etmək üçün artıq viza əldə edilməsi qaydasını da asanlaşdırıb.