Əsas səhifə Xəbərlər Xarici xəbərlər Yapon “yen”i və VIX İndeksi korrelyasiyası 3 ilin zirvəsində

Yapon “yen”i və VIX İndeksi korrelyasiyası 3 ilin zirvəsində

100
Paylaş

Yapon Yeni və VIX İndeksi (qorxu indeksi) arasındakı əlaqə 2016-dan bu yana ən yüksək səviyyəyə qalxıb.

Yenin “Chicago Board Options Exchange”in (CBOE) Volatillik İndeksi (VIX) ilə korrelyasiyası, ABŞ ilə İran arasında artan gərginliyin “etibarlı liman” tələbini artırması ilə təxminən üç ilin ən yüksək səviyyəsinə qalxıb.

Yapon Yeni Bazar ertəsi günü dollar qarşısında Oktyabrdan bəri ən güclü səviyyəni görüb. VIX İndeksi Cümə günü sıçrayış etmişdi.

Yen və VIX arasındakı korrelyasiya, Orta Şərqdəki gərginlik, ABŞ – Çin ticarət müharibəsi kimi qlobal risklərə görə hal-hazırda yüksəlişdədir.

Qeyd edək ki, qorxu indeksi adlandırılan VIX indeksinin 30-dan yüksək olması qeyri-müəyyənlik olduğu ya da sərmayəçilərin qorxduqları; 20-dən kiçik olması isə sərmayəçilərin daha az stresli olduğu və bazarların kefinin yerində olduğu kimi düşünülməkdədir.