Yapon startapı təqaüdçülər üçün ekzoskelet hazırlayıb

Date:

Paylaş:

Yaponiyanın INNOPHYS startapı ahıl şəxslərə işləməkdə kömək edəcək ekzoskeletlər hazırlayıb.

Yaponiyada əhalinin demək olar ki, üçdə birisinin yaşı 65-dən yuxarıdır. Bu isə xüsusilə əl əməyinin tətbiqi sahələrində işçi gücünün azalmasına səbəb olur. Ahıl insanların fiziki güc tələb edən sahələrdə işləmələrinə təkan vermək üçün INNOPHYS startapı ekzoskleletlər hazırlamğa başlayıb.

Muscle Suit cihazı “süni əzələlər”ə malikdir və onlar nasosla köpdürülür. Onlar alüminium çərçivə ilə gücləndiriliblər. Ekzoskelet  omba və bel hissələrdə aparatın hərəkətinə təkan verir. O, 30 kq.-a kimi yükü qaldırıb daşımağa kömək edir. Ekzoskelet özü isə modifikasiyadan asılı olaraq 3,8 kq.-dan 5,5 kq.-a kimi yük daşıya bilir.

Belə bir cihazın qiyməti 1,2 min dollar edir. 2020-ci ildə sözügedən startap öz skeleti ilə dünya bazarına çıxmağa hazırlaşır.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...