Əsas səhifə Xəbərlər Xarici xəbərlər Yapon milyarder 9 mln. dollara “sosial eksperiment” keçirəcək

Yapon milyarder 9 mln. dollara “sosial eksperiment” keçirəcək

62
Paylaş

Yaponiyalı milyarder Yusaku Maezawa “Twitter”dəki abunəçilərinə 9 mln. dollar verəcək. Onun sözlərinə görə bu, “sosal sorğu” xarakteri daşıyır. Belə ki, milyarder bilmək istəyir ki, xoşbəxtliyi pulla almaq mümkündürmü.

Maezawa buna görə min insanın hər birinə 9 mln. dollar verəcək. Adamları isə təsadüfən onun tvitini yeniləyənlərin arasından seçəcək. Qaliblərin həyatına pulun təsiri müntəzəm sorğularla izləniləcək.

Maezawa deyib ki, bu ciddi sosial eksperimentdir.

Milyarder tez-tez pulsuz həyatla bağlı fikirlərini bölüşür. Pul paylanmasını baza gəliri ideyası ilə əlaqələndirib – bu, işləyib işləməmələrindən asılı olmayaraq hər bir vətəndaşa davamlı şəkildə pul verilməsidir.