Əsas səhifə Xəbərlər Xarici biznes xəbərləri Yapon hökümətinin kommunikasiya qiymətləri ilə olan mübarizəsi nəticəsində üç böyük...

Yapon hökümətinin kommunikasiya qiymətləri ilə olan mübarizəsi nəticəsində üç böyük operator $ 34 mlrd itirib

246
Paylaş

Yapon hökumətinin kommunikasiya qiymətləri ilə mübarizəsi səbəbiylə üç böyük operator 34 milyard dollar itirib

NTT Docomo rabitə qiymətlərini 40% azaltmağa razı olduqdan sonra  Yaponiyanın ən böyük üç mobil operatorunun səhmləri 34 milyard dollar itirdi .Yapon hökumət rəsmiləri dəfələrlə telekommunikasiya operatorlarının rabitə qiymətlərini əsassız olaraq yüksək səviyyədə saxladığını bildirmişlər. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının məlumatına görə, Yaponiya mobil rabitənin yüksək qiyməti üçün dünyada ikinci yerdədir. Yaponiyanın hökumət ofisinin baş katibi Yoshihide Suqa bu yay yazılı şəkildə bildirib  ki, telekommunikasiya operatorları biznesə təsir etmədən qiymətləri 40% endirə bilərlər, bundan sonra ölkənin ən böyük üç operatorunun səhmləri iki gündə 14 mlrd. dollar itirib.