Əsas səhifə Biznes sahələri Texnologiya Yapon alimləri smartfonlar üçün enerji dolduran otaq yaradırlar

Yapon alimləri smartfonlar üçün enerji dolduran otaq yaradırlar

132
Paylaş
enerji
enerji

Universitet araşdırmaçıları, bütün otağı, smartfonlar və digər cihazların enerji ilə doldurulmsı üçün simsiz cihaza çevirən texnologiya üzərində işləyirlər.

Tokio Unversitetinin professoruYoshihiro Kawahara-nın başçılıq etdiyi qrup, xüsusi qurulmuş məkanda bu texnologiyanı uğurla sınaqdan keçirib.

Divarlara və döşəməyə bütün ərazidə maqnit sahəsi yaradan panellər yerləşdirilib.

Sınaq göstərib ki, smartfon elektroenerji əldə edir və onun batareyası enerji yığmağa başlayıb. Otaqda işıqlanma da elektrik şəbəkəyə qoşulmadan mümkün olub.

Bu sistem telefonun və digər cihazların qida bloklarına yaxın məsafədə yerləşməsi ehtiyacını aradan qaldırır.

Araşdırmaçılar deyiblər ki, onlar maqnit sahələrindən istifadəyə görə beynəlxalq təhlükəsizlik qaydalarını gözləyirlər. Qarşıda dayanan tapşırıqlar, enerji yığımının effektivliyinin artırılması və xərclərin azaldılmasıdır.