Yapon iş adamlarını Azərbaycana pul qoymağa çağırıb

2
806

Bu gün Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Teruyuki Katori ilə görüşüb. 

Bu barədə  DGK-dan məlumat verilib.

Məlumata görə, görüşdə A.Əliyev Azərbaycan və Yaponiya gömrük xidmətləri arasında qarşılıqlı faydalı əməkdaşlıq münasibətlərinin səviyyəsindən, xüsusilə Ümumdünya Gömrük Təşkilatı (WCO) çərçivəsində əlaqələrdən danışıb.

DGK sədri deyib ki, Azərbaycanda həyata keçirilən islahatlar iş adamlarının çevik və səmərəli fəaliyyəti üçün imkanlar yaradır. Azərbaycanda fəaliyyət göstərən yapon şirkətləri haqqında müzakirələr zamanı A.Əliyev həmçinin yaponiyalı iş adamlarını Azərbaycana sərmayə qoymağa çağırıb.

T.Katori bütün sahələrdə, o cümlədən gömrük sahəsində ikitərəfli münasibətlərimizin çox yaxşı səviyyədə olduğunu qeyd edib. Səfir əlaqələrin daha da genişlənməsi istiqamətində səylərini əsirgəməyəcəyini vurğulayıb.

Görüşdə, həmçinin bu il WCO-ya keçiriləcək seçkilərlə bağlı qarşılıqlı fikir mübadiləsi aparılıb.

2 COMMENTS