Dövlət Statistika Komitəsi (DSK) yanvar-mart ayları üzrə istehlak bazarı qiymətlərini açıqlayıb. DSK-nin məlumatına görə, bu dövrdə bəzi məhsulların qiymətində artım, bir sıra məhsullarda isə ucuzlaşma baş verib
Ay ərzində bahalaşan mallar
DSK xəbər verir ki, ay ərzində qeyri-ərzaq mallarından parçaların, xalça və digər döşəmə örtüklərinin, mebel və ev əşyalarının, velosipedlərin, televizorların, dəftərxana ləvazimatlarının, sementin, kərpicin, nitro və yağlı boyaların qiymətlərində bahalaşma müşahidə edilib.
Ay ərzində ucuzlaşan mallar
Bu dövrdə, kəsilmiş taxtanın, sulu boyanın, kondisionerlərin, mobil telefonların və planşet tipli kompüterlərin qiymətlərində isə ucuzlaşma müşahidə olunmuşdur. Digər qeyri-ərzaq mallarının qiymətlərində ciddi dəyişikliklər baş verməmişdir.