İqtisadiyyat Nazirliyi tərəfindən ticarət mərkəzləri ilə aparılmış danışıqların nəticəsində əldə olunmuş razılaşmaya əsasən, Bakının Nizami rayonunda yerləşən ticarət mərkəzində baş vermiş yanğında zərər çəkən sahibkarlara 8 ticarət mərkəzi təklif olunub.
Artıq 20-ə yaxın sahibkar 5ay icarə haqqı ödənilməmək şərti ilə “Aygün” və “Sədərək” ticarət mərkəzlərində, Dərnəgül şossesində yerləşən “Eurohome” tikinti bazarında ticarət obyektləri ilə təmin olunub.
Sahibkarların ticarət mərkəzlərində yerləşdirilməsi prosesi davam etdirilir.