Əsas səhifə Xəbərlər Xarici xəbərlər “Yamaha”dan musiqiçilərə çağırış: “Carlos Ghon-u təkrarlamaq yaxşı ideya deyil”

“Yamaha”dan musiqiçilərə çağırış: “Carlos Ghon-u təkrarlamaq yaxşı ideya deyil”

84
Paylaş

2019-cu ilin dekabrında “Nissan”ın keçmiş rəhbəri Carlos Ghon Yaponiyada ev dustaqlığından Liviyaya qaçır. O, dinamik qutusunun içində gizlənərək hava limanında aradan çıxa bilmişdi.

Yaponiyanın “Yamaha” musiqi alətləri istehsalçısı bu hadisədən sonra musiqiçiləri avadanlıq qablarının içində gizlənməməyə çağırıb.

Şirkətin rəsmi Twitter hesabında bildirir: “Səbəbini deməyəcəyik, amma musiqi alətləri üçün olan qutuların içinə girməklə bağlı çoxlu tvitlər olub. İstənilən bədbəxt hadisədən sonra xəbərdarlıq etmək gec olur, ona görə də hamıya bunu yoxlamamağı tövsiyə edirik”.

Növbəti tvitində şirkət istifadəçilərə postu dəyərləndirdikləri üçün minnətdarlıq edib – onu 54 min dəfədən çox paylaşıblar. Yamaha  qeyd edib ki, futlyarlar (avadanlıq qabları) alətlər üçündür insanlar üçün deyil.