Yalnız 1 gün dünyanın ən varlı insanı ola bildi

Date:

Paylaş:

İyulun 27-də “Forbes”un versiyasına əsasən dünyanın ən zəngin insanlarının siyahısında 1-ci yerə yüksələn “Amazon” online platformasının sahibi Ceff Bezosun “hakimiyyəti” yalnız bir gün davam edib.

İKT.lent.az-ın xəbərinə görə, “Microsoft”un yaradıcısı Bill Geyts iyulun 28-də yenidən ilk sıraya yüksəlib. Bu günə olan məlumatlara əsasən C. Bezosun sərvəti 543 milyon dollar azalıb və 88,7 milyard dollar həcmində qiymətləndirilir. B. Geytsin sərvətinin miqdarı isə 89,8 milyard dollardır. Bununla yanaşı, “Bloomberg”in versiyasına əsasən Bezos 89,3 milyard, Geyts 90,7 milyard dollara sahibdir.

C. Bezosun liderliyi itirməsinə səbəb “Amazon”un rüblük hesabatından sonra şirkət səhmlərinin ucuzlaşmasıdır. Belə ki, bu ilin ikinci rübündə “Amazon”un xalis mənfəəti 77% azalaraq 197 milyon dollar təşkil edib. Ötən ilin eyni dövründə bu miqdar 857 milyon dollar idi. Mənfəətin azalmasına baxmayaraq, şirkətin gəliri 25 milyon dollar artıb.

Qeyd edək ki, “Amazon”un bazar dəyəri 500 milyard dolları ötüb.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...