Əsas səhifə Sual-Cavab Yalan məlumat əsasında kredit götürdükdə kim məsuliyyət daşıyır?

Yalan məlumat əsasında kredit götürdükdə kim məsuliyyət daşıyır?

286
Paylaş

#Sual : Şirkətin müdiri banka dövriyyə haqqında şişirdilmiş məlumatlar verib kredit alıbsa bu halda məsuliyyəti kim daşıyır krediti verən bank əməkdaşı yoxsa yalan məlumatlar verən şirkət və onun direktoru?
#Cavab : Bu halda əsas məsuliyyət şirkət müdirindədir. Cinayət Məcəlləsinin 195-ci maddəsinə əsasən. (Qanunsuz kredit alma və ya kreditdən təyinatı üzrə istifadə etməmə)

195.1. Təşkilatın rəhbəri və ya fərdi sahibkar tərəfindən təşkilatın, yaxud fərdi sahibkarın təsərüffat və ya maliyyə vəziyyəti barədə bilə-bilə yalan məlumatlar verməklə kreditin, güzəştli şərtlərlə kreditin və ya məqsədli dövlət kreditinin alınması, habelə ondan təyinatı üzrə istifadə edilməməsi xeyli miqdarda ziyan vurduqda—

cinayət nəticəsində vurulmuş ziyanın iki mislindən dörd mislinədək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.