Əsas səhifə Biznes sahələri Texnologiya “Yahoo”ya haker hücumu 3 mlrd. istifadəçiyə təsir edib

“Yahoo”ya haker hücumu 3 mlrd. istifadəçiyə təsir edib

639
Paylaş

2013-cü ildə ABŞ-ın “Yahoo” şirkətinə edilən hücum 3 mlrd. istifadəçinin hesabına təsir göstərib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə şirkətin açıqlamasında qeyd edilib.

“Yahoo”dan bildirilib ki, istifadəçi hesablarının təhlükəsizliyinin qorunması üçün bütün zəruri tədbirlər görülüb. İnternet nəhəngi istifadəçilərə bir daha müraciət edərək hesablarının parollarını dəyişməyi və daha mürəkkəbi ilə əvəzləməyi xahiş edib.

Ötən ilin sentyabrında “Yahoo” məlumat vermişdi ki, 2014-cü ildə 500 mln.-dan artıq hesaba hücum edildiyi məlum olub və istifadəçilərin adları, elektron ünvanları, parolları və digər şəxsi məlumatları oğurlanıb. Lakin şirkət qeyd edib ki, hakerlər istifadəçilərin ödəniş kartları və digər bank məlumatlarını ələ keçirə bilməyiblər.