YAHOO başlanğıcda axtarış motoru kimi fəaliyyətə başlasa da sonradan elektron poçt, chat və digər xidmətlərlə bazarda öz yerini tutmağa çalışmışdı.
Gün ərzində 7 milyard səhifə görüntülənməsi ilə dünyanın ən çox ziyarət edilən 5 saytından biri idi. Ancaq Yahoo artıq rəqabətə dözməyərək bu reytinqdən çox geridə qaldı.
Onsuz da maddi cəhətdən sıxıntılar yaşayan YAHOO 1 milyarda yaxın hesabın xakerlər tərəfindən ələ keçirilməsindən sonra daha da reytinqdən düşdü.
Verizon şirkətinin satın aldığı Yahoo yeni bir başlanğıçla yenidən ayaqda durmağa çalışacaq. Verizon tərəfindən satın alındıqdan sonra hazırki CEO Marissa Mayerin rəhbərlik vəzifəsini tərk edəcəyi söylənilir. Ümumiyyətlə YAHOO rəhbərliyində bir çox dəyişikliklər baş verəcək. Mayerin bundan sonra hansı şirkətdə davam edəcəyi məlum deyil.
Son zamanlarda adı skandallarda çox işlədilən Yahoo satın almadan sonra adını dəyişərək Altaba ilə davam edəcək.